Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlandı

Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54 000 ədəd pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən BiG.AZ-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 54 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1034 Tarix: 21.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 21.11.2019
yeni il gəlir ))


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər