
Azərbaycan gəncləri arasında da məşhur olan "TikTok" ən sürətli yayılan tətbiqə çevrilib.
BiG.AZ-ın vesti.ru-ya istinadən verdiyi xəbərə görə, inanılmaz dərəcədə varlanan "Tik Tok" artıq rebrendinq edə bilər.
Qısa videolar paylaşmaq üçün nəzərdə tutulan tətbiqin musiqi yükləmə xidməti də yaxın zamanda istifadəyə veriləcək.
"Sensor Tower" monitorinq şirkətinin hesablamalarına əsasən, bu proqram 1,5 milyard dəfədən çox yüklənib. Son il ərzində yükləmələrin sayı 600 milyonu ötüb.
Ümumi yükləmə sayına görə, yalnız "WhatsApp" və "FB Messenger" "Tik Tok"u geridə qoyub. Hətta "Facebook"un özü "Tik Tok"a çatmayıb.
Servis daha çox Hindistanda məşhurdur. Burada o, 1,5 milyard dəfə yüklənib. İkinci yerdə Çin, üçüncü yerdə 123 milyon dəfə yükləmə ilə ABŞ-dır.
ABŞ-da xidmətin bu dərəcədə məşhurlaşması "TikTok"un sahibi olan "ByteDance" şirkəti barədə araşdırmanın başlanmasına səbəb olub.
Natəvan Baxşiyeva