Gülbahar Zauru ərinin il mərasiminə buraxmayacaq?

Gülbahar Zauru ərinin il mərasiminə buraxmayacaq?

Əməkdar artist Gülbahar Şükürlü ilə aparıcı Zaur Kamal barışıb.
Axşam.az xəbər verir ki, qarmon ifaçısı "5/5" verilişinə qonaq olub. Zaur musiqiçi üçün şeir də söyləyib.

Zaurun G.Baharlının küsməsini belə izah edib:

"Dekabrın 19-da Gülbahar xanımın həyat yoldaşı dünyasını dəyişdi. Həmin gün ad günüm idi. Zahid bəy də Gülbahara deyib ki, Zaura hədiyyə göndər. Həmin gecə rəhmətə gedib. Səhvimi başa düşürəm. İlinə az qalıb, gələcəm".

G.Şükürlü isə ona "Dedi ki, səni sabah aparacam, Zaurun hədiyyəsini verib, qayıdarıq. Həmin gecə öldü. Küsmədim, səndən incidim. İnsan iki-üç dəfə evlənər, amma bir dəfə ölür. Gəlib baş çəkməliydin. Zahid səni çox istəyir, hörmət edirdi. Biz tərəfdə yasa, cümə axşamına və 40 mərasiminə gəlməyəni, ilə buraxmırlar" cavabını verib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 952 Tarix: 21.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər