Bakıda DƏHŞƏT: BDU-nun tələbəsi olan qızlar huşsuz halda tapıldı, BİRİ ÖLDÜ - YENİLƏNİB

Bakıda DƏHŞƏT: BDU-nun tələbəsi olan qızlar huşsuz halda tapıldı, BİRİ ÖLDÜ - YENİLƏNİB

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənənlərin adları bəlli olub.

Oxu.Az xəbərinə görə, bu barədə onları xəstəxanaya gətirən şəxs məlumat verib.

Bildirilib ki, bunlar Dilrubə, 1998-ci il təvəllüdlü İbadova Həmidə adlı qızlardır. Ölən gəncin adı hələlik bəlli deyil.

Toksikoloq Azər Maqsudov bildirib ki, gətirilən qızların vəziyyətləri kritikdir:

“Hazırda onlar ciddi həkim nəzarətində saxlanılır. Vəziyyətlərində irəliləyiş yoxdur. Zəhərlənmənin nədən baş verdiyi bəlli deyil”.

***

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət saat 12:35-də daxil olub.

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Vəziyyəti kritik olan qızların yaşlarının təxminən 20-22 arası olduğu bildirilib. Onların müalicələri davam edir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5894 Tarix: 21.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər