600-dən yuxarı bal toplayan tələbələrə ŞAD XƏBƏR - Baş nazir qərar imzaladı

600-dən yuxarı bal toplayan tələbələrə ŞAD XƏBƏR - Baş nazir qərar imzaladıBaş Nazir Əli Əsədov "Fərman Salmanov adına təqaüd"ün verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

BiG.AZ Nazirlər Kabinetinə istinadən xəbər verir ki, baş nazir "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Fərman Salmanov adına təqaüd"ün verilməsi Qaydası" təsdiq edib.

"Fərman Salmanov adına təqaüd"ün verilməsi qaydası aşağıdakı kimidir:

1. Ümumi müddəalar

Bu Qayda "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (bundan sonra – ADNSU) təhsil alan tələbələrə "Fərman Salmanov adına təqaüd"ün (bundan sonra – təqaüd) verilməsi qaydasını müəyyən edir. Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.

Təqaüdün məbləği və ödənilməsi mənbəyi

2.1. Təqaüd 2 (iki) nəfər tələbə üçün hər birinə "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir.

2.2. Təqaüd bir tədris ili müddətinə təyin edilir.

2.3. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

2.4. Təqaüdün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.

3. Tələbələrin müsabiqədə iştirakına dair şərtlər

3.1. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.

3.2. Müsabiqədə iştiraka aşağıdakı meyarlara cavab verən tələbələr buraxılırlar:

3.2.1. ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan;

3.2.2. son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan;

3.2.3. ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan.

3.3. Müsabiqədə iştirak üçün ərizəyə tələbənin bu Qaydanın 3.2-ci bəndində göstərilən meyarlara uyğunluğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

4. Müsabiqənin keçirilməsi

4.1. Müsabiqə ADNSU-nun rektorunun əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən keçirilir.

4.2. Ekspert komissiyasının fəaliyyətinin təmin edilməsi və bu Qaydaya uyğun cari məsələlərin həlli ADNSU-nun fakültə dekanlıqları (bundan sonra – dekanlıq) və tədris işləri üzrə rəhbərliyi tərəfindən həyata keçirilir.

4.3. Müsabiqənin keçirilməsi üzrə dekanlığın funksiyalarına aşağıdakılar daxildir:

4.3.1. tələbələrin müsabiqənin keçirilməsi müddəti və şərtləri barədə məlumatlandırılması;

4.3.2. tələbələr tərəfindən təqdim olunan sənədlərin toplanılması və ilkin ekspertizası;

4.3.3. təqaüdün namizədlərinin sənədlərinin ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə təqdim olunması.

4.4. Bu Qaydanın həyata keçirilməsi üçün ADNSU-nun tədris işləri üzrə rəhbərliyinin funksiyalarına aşağıdakılar daxildir:

4.4.1. ekspert komissiyasının iclası üçün sənədlərin hazırlanması;

4.4.2. ekspert komissiyasının iclasının yekunları barədə qərar layihəsinin hazırlanması;

4.4.3. müsabiqənin nəticələri barədə məlumatların ADNSU-nun rəsmi saytında yerləşdirilməsinin təmin edilməsi.

4.5. Sənədlərin təqdim edilməsi müddəti:

4.5.1. dekanlığa 20 sentyabradək;

4.5.2. ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə 23 sentyabradək;

4.5.3. ekspert komissiyasına 30 sentyabradək.

4.6. Ekspert komissiyası təqaüdə namizədlərin sənədlərinə baxır və müsabiqəninqalibləri barədə qərar qəbul edir.

4.7. Üç və daha artıq sayda namizədin göstəriciləri eyni olduqda, onların təhsil aldıqları ixtisasın tədris planında ixtisas-peşə hazırlığı fənləri blokuna daxil olan fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəriciləri daha yüksək olan namizədlər müsabiqənin qalibləri elan olunurlar.

4.8. Ekspert komissiyasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

4.9. Qaliblərin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

4.10. Qərar qəbul edilərkən səslər bərabər olarsa, ekspert komissiyasının sədrinin səsi həlledici hesab edilir.

4.11. Təqaüdün qaliblərinin müəyyən edilməsi barədə ekspet komissiyasının qərarı protokolla rəsmiləşdirilir və ADNSU-nun rektoru tərəfindən əmrlə təsdiq olunur.

5. Təqaüdün ödənilməsi və ödənişin dayandırılmasının əsasları

5.1. Təqaüd tədris ili ərzində ayda bir dəfə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

5.2. Təqaüdün ödənişi aşağıdakı hallarda dayandırılır:

5.2.1. tələbə təqaüddən imtina etdikdə;

5.2.2. təqaüdün verildiyi müddətdə tələbənin akademik borcu yarandıqda və (və ya) orta müvəffəqiyyət göstəricisi 91-dən aşağı olduqda;

5.2.3. tələbə digər ali təhsil müəssisəsinə köçürüldükdə;

5.2.4. tələbə ixtisasını dəyişdikdə;

5.2.5. tələbə akademik məzuniyyət götürdükdə;

5.2.6. tələbə ADNSU-dan xaric olunduqda;

5.2.7. tələbə tərəfindən ADNSU-nun daxili nizam-intizam qaydaları mütəmadi pozulduqda.

5.3. Ödənişin dayandırılması ADNSU-nun rektorunun əmri ilə rəsmiləşdirilir.

5.4. Bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq təqaüdün ödənişi dayandırıldıqda, həmin təqaüd ekspert komissiyasının qərarına əsasən bu Qaydanın tələblərinə cavab verən digər tələbəyə verilə bilər. Bu zaman müraciətləri ekspert komissiyasında araşdırılmış, lakin müsabiqəni keçə bilməyən tələbələrə üstünlük verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2340   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133