Aparat rəhbəri: "Uşaqların ən kiçik hüquqları belə valideyn məlumatsızlığı nəticəsində müəyyən risklərlə üzləşir"

Aparat rəhbəri: "Uşaqların ən kiçik hüquqları belə valideyn məlumatsızlığı nəticəsində müəyyən risklərlə üzləşir"Bu gün Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
"Report" xəbər verir ki, 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb.
1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir.
Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva "Report"a bildirib ki, Azərbaycanda 1989-cu ildən "Uşaq hüquqları haqqında Konvensiya" qəbul olunub: "1992-ci ildən isə Azərbaycan həmin Konvensiyaya qoşulub, 2001-ci ildə ratifkasiya edilib. Ulu öndər Heydər Əliyevin dövründən uşaq hüquqları diqqətdə saxlanılan məsələ olub. Təsadüfi deyil ki, uşaq hüquqlarının fakültativ protokolu Heydər Əliyev tərəfindən imzalanıb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı son dövrlərdə ölkə rəhbərliyi tərəfindən çox mühüm addımlar atılır. Demək olar ki, ölkədə qəbul olunan qanunvericilik aktlarında, qanun və dövlət proqramlarında uşaq hüquqları ilə bağlı məsələlər öz əksini tapıb. Əsasən də xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqların inkişafı, hüquqlarının müdafiəsi çox önəm daşıyır. Bildiyiniz kimi, oktyabr ayında Avropa Şurasının daha bir Konvensiyasını ratifikasiya etmişik. Bu, çox mühüm bir addım oldu. Azərbaycan Prezidenti də bunu təsdiqlədi. Bu, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Lanzarote Konvensiyasıdır. Uşaq hüquqlarının müdafiəsi məsələsi dövlətin prioritet istiqamətidir. Bu gün bütün dünyada müharibədən, internet təhlükəsizliyindən əziyyət çəkən uşaqlar var. İnternet təhlükəsizliyi uşaqlar üçün risk hesab olunan məsələdir. Bu barədə də ölkədə qanun qəbul olundu. Həmçinin Azərbaycanda "Uşaq strategiyası" hazırlanıb və artıq qəbul olunma ərəfəsindədir".

Aparat rəhbəri: "Uşaqların ən kiçik hüquqları belə valideyn məlumatsızlığı nəticəsində müəyyən risklərlə üzləşir"Aparat rəhbəri deyib ki, uşaqlar üçün alternativ qayğı müəssisələri yaradılır: "Dünyada uşaq hüquqları ilə bağlı əsas məsələlərdən biri də uşaqların ailə mühitində tərbiyəsi məsələsidir. Bununla bağlı Heydər Əliyev Fondunun bir çox böyük layihələri olub. İnternat müəssisələrində yaşayan uşaqların vəziyyətinin yaxşılaşdırılması məsələsi ilə bağlı tədbirlər görülür. Bizim də Dövlət Komitəsi olaraq birinci işimiz uşaqların ailə mühitində tərbiyəsi və ailələrdə saxlanılmasıdır. Amma müasir standartlar onu göstərir ki, uşaqların internatları əvəz edən qayğı mərkəzlərində yaşaması yeni bir modeldir. Bu mərkəzlərdə risk qruplu ailələr mərkəzlər tərəfindən araşdırılır. Onların problemləri öyrənilir və mövcud olan müxtəlif xidmətlərə yönəldilirlər. Həmçinin ailə mütəxəssisləri və psixoloqlarla iş aparılır. Ən son prioritet məsələmiz valideyn məsuliyyətidir. Onların maarifləndirilməsi və valideyn-uşaq münasibətlərinin yaradılmasıdır. Elə məsələlər var ki, onlar sırf valideynlərin məlumatsızlığından irəli gəlir. Uşaqların ən kiçik hüquqları belə valideyn məlumatsızlığı nəticəsində müəyyən risklərlə üzləşir. Təəssüflər olsun ki, uşaqlara qarşı zorakılıq halları ilə qaşılaşırıq. Onlarla bağlı qanunvericilikdə müəyyən işlər aparılır. Uşaqlara məişət zorakılığına qarşı müdafiə üzrə rayonlarda müxtəlif qrumların nümayəndələrindən ibarət monitorinq qrupları var. Bu qruplar icra hakimiyyətləri yanında fəaliyyət göstərir. Zorakılıqla bağlı hər hansı fakt olarsa, təxirəsalınmaz tədbirlər həyata keçirilir, rəsmi səviyyədə araşdırılaraq həll edilir. Ümumilikdə görüləsi işlər çoxdur. Bu gün erkən nikahın qarşısı alınmaqdadır. Bu illər ərzində bu risklərdə xeyli azalmalar görürük. Məsələn, qız və oğlanlarda nikah yaşının 18-ə çatdırılması məsələləri qanunvercilikdə həll olundu. Bunlar hamısı uşaq hüqularının qorunması istiqamətində görülən işlərdir".
C.Rəhmətullayeva vurğulayıb ki, inkişaf hüquqları dedikdə uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur: "Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bundan əlavə, Konvensiya azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqlarını da təmin edir".
Qeyd edək ki, hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən biridir. Çünki müasir dünyada uşaq hüquqları müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və icmalarda uşaqlar fiziki və psixoloji təzyiqlərə məruz qalırlar. Təəssüflər olsun ki, hazırda dünyada uşaqların hüquqlarının qorunması arzuolunan səviyyədə deyil. Burada bir çox problemlər mövcuddur. Münaqişə zonaları, müharibələr uşaqların həyatına mənfi təsir göstərir, onların gələcək həyatına zərbə vurur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 178
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 291
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 543
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 542
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 350
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 149
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 377
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623