20 gün müntəzəm balqabaq yedi- Eksperimentin nəticəsi şoka saldı

20 gün müntəzəm balqabaq yedi- Eksperimentin nəticəsi şoka saldı

Orqanizmə hədsiz faydaları olduğunu öyrənən rusiyalı jurnalist bu narıncı Günəş rəngli tərəvəzi öz üzərində sınamaq qərarına gəlir. O, 20 gün ərzində hər gün balqabağı müxtəlif cür yeyir: çiy, bişmiş və s.

Daha çox axşamlar sobada hazırlayaraq qəbul edib.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, jurnalist 20 gün sonra baş verən dəyişiklikləri qeyd edib.

1-Çəkidə azalma. Bu günlər ərzində 3,5 kq asanlıqla itirilib. Çünki balqabaqda çox miqdarda lif var və o uzun müddət toxluq yaradır.

2. Dərinin vəziyyəti və rəngi yaxşılaşıb
Orqanizmi, bağırsaqları zibildən, şlak və toksinlərdən təmizlədiyinə görə, dəri yaxşılaşır

3. Həzm və tualetə getmə normallaşıb. Köp, qəbizlikdən, ağırlıqdan əsər-əlamət qalmayıb

4. Görmə yaxşılaşıb - balqabaq A vitaminlə zəngin olduğu üçün, görmədə itiləşmə, aydınlanma realdır.

5. Əsəblərim sakitləşib. Balqabaqda əsəbləri sakitləşdirən maddələr var, həm də insanda həzm yaxşı getdiyi üçün istər-istəməz rahatlıq tapır.

Qadın 2 ay fasilə verdikdən sonra səhərlər balqabaq sıyığını yeməyi sınayacaq.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2060 Tarix: 20.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər