Ayı avtomobilin qapısını açıb, maşının içində yuxuya getdi - VİDEO

Ayı avtomobilin qapısını açıb, maşının içində yuxuya getdi - VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə ayının yol kənarında dayanan avtomobilə daxil olaraq, içərisində yuxuya getməsi əks olunub.

Kadrlar ABŞ-ın Kaliforniya ştatında Taho gölünün yaxınlığında çəkilib. Adam Armstrong adlı şəxs avtomobilini qapısı açıq vəziyyətdə qoyaraq yatmağa gedib.

O, ayılanda avtomobilinin qapısının açıq olduğunu görüb. Təhlükəsizlik kamerasına düşən görüntüləri izləyən kişi təəccüblənib.

Belə ki, görüntülərə görə meşə ayısı onun "Subaru" markalı avtomobilinin arxa sərnişin qapısını açaraq maşına daxil olub və orada yatıb.

"Səhər ayılanda gördüm ki, maşının qapısı açıqdı. Əvvəlcə qorxdum. Görüntülərə baxanda təəccübləndim. Amma maşına ziyan dəyməmişdi", - Adam Armstrong söyləyib.

Milli.Az maraqlı görüntüləri təqdim edir:




Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 771 Tarix: 20.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər