Şərqi Azərbaycanda daha bir zəlzələ

Şərqi Azərbaycanda daha bir zəlzələ

Bu gecə Şərqi Azərbaycanda zəlzələ olub.

Bu barədə məlumatı Avropa Aralıq dənizi Seysmologi Mərkəzi yayıb.

Zəlzələnin episentri Təbrizin 169 kilometr qərbində və Vandan 100 kilometr şərqdə, yerin 10 kilometr dərinliyində olub.

Zəlzələnin təsiri sərhəd rayonlarda 4,8 bal təşkil edib.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

Xatırladaq ki, dünən Şərqi Azərbaycan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.

Bundan əlavə, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində 700 nəfər zərər çəkib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

Noyabrın 10-da isə Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 175 Tarix: 19.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər