Boliviyanın yeni prezidentinə qarşı sui-qəsd

Boliviyanın yeni prezidentinə qarşı sui-qəsd

Boliviya polisi müvəqqəti prezident Janin Anyesə qarşı sui-qəsd təşkil etməyə hazırlaşan cinayət qrupu ifşa edib.

BiG.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin başçısı Arturo Murilyo bildirib ki, sui-qəsd Beni departamentinin Trinidad şəhərində hazırlanıb.

Bununla bağlı olaraq vəziyyət stabilləşənə qədər dövlət başçısına bu regiona səfər etmək məsləhət görülmür. Hazırda dövlət təhlükəsizliyi məqsədi ilə saxlanılan şəxslərin kimliyi və digər məlumatlar verilmir.

Qeyd edək ki, Anyes eks-prezident Evo Moralesin devrilməsindən sonra müvəqqəti olaraq hakimiyyətə gəlib. Evo Morales etirazlar fonunda Meksikaya qaçıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 426 Tarix: 18.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər