83 yaşlı müğənni sevgilisindən ayrıldı

83 yaşlı müğənni sevgilisindən ayrıldı

Türkiyənin məşhur müğənnisi Gönül Yazar özündən 32 yaş kiçik sevgilisindən ayrılıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "İkinci Sayfa" proqramında məlumat verib.

83 yaşlı ifaçı Rüzgar Mağdeni bağışlamayacağını qeyd edib: "Balaca milçək də ürək bulandrır. Keçmişdə yaşanan virtual bir şey olsa da, mən bunu qəbul etmirəm. Biz necə üz-üzə baxacağıq? O baxır, ya mən? Bütün gözəl hisslərim yox oldu. Mən utanıram.

Modern, eyni zamanda mühafizəkar biriyəm. Deyir ki, subay vaxtımda sosial şəbəkədə qadına mesaj yazmışam. Başa düşürəm, subay olub. Amma bu formada necə edə bilər? Seksual xarakterli sözlər yazıb, şəkillər atıb".

Qeyd edək ki, Doğa adlı xanım sənətçinin sevgilisi Rüzgar Mağdenin ona qarşı qeyri-etik fotolar atdığını iddia etmişdi. Qarşı tərəf isə xəbəri təsdiq etmişdi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1038 Tarix: 18.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər