Xəstəni səhv müalicə edən həkimdən mənəvi təzminat tələb etmək olarmı?

Xəstəni səhv müalicə edən həkimdən mənəvi təzminat tələb etmək olarmı?Həkimin xəstəyə düzgün diaqnoz qoymaması və onu səhv müalicə etməsi hallarına tez-tez rast gəlinir. Bu kimi mənfi hallar təkcə pasientin sağlamlığına ciddi zərər vurmur, həm də onun güclü stress keçirməsinə gətirib çıxarır. Belə olan halda pasient onu səhv müalicə edən həkimdən mənəvi təzminat tələb edə bilərmi?

BiG.AZ-ın verdiyi xəbərə görə, məsələ ilə əlaqədar e-huquq.az-a açıqlama verən vəkil Elnur Quliyevin sözlərinə görə, həkimin pasienti düzgün müalicə etmədiyi öz təsdiqini taparsa, sübuta yetirilərsə, ona qarşı həm maddi, həm də mənəvi təzminatla bağlı iddia qaldırmaq mümkündür.

E. Quliyev qeyd edib ki, son zamanlar həkimlərə qarşı bu cür iddaların qaldırılması halı geniş yayılıb. O bildirib ki, pasientlər tərəfindən sözügedən iddialar həm özəl klinikalara, həm də ayrı-ayrı həkimlərə münasibətdə qaldırılır.

Vəkil öz praktikasında baxdığı belə işlərdən birini nümunə göstərib: "Tibb bacısının səhlənkarlığı nəticəsində xəstə ölmüşdü. Bu işlə əlaqədar regional diaqnostika mərkəzlərindən birini məhkəməyə verdik, məhkəmə də, öz növbəsində, 10 min manat məbləğində mənəvi təzminat kəsdi. Çünki onun işçisinin hərəkəti nəticəsində ölüm halı baş vermişdi".

Məhkəmədə mənəvi təzminat iddası qaldırarkən hansı sübutların təqdim edilməsi məsələsinə gəlincə, E.Quliyev bildirib: "Həkimin səhlənkarlığı ucbatından ölüm halı baş verməyibsə, həkimin pasientə səhv diaqnoz qoymasını sübut etmək üçün başqa həkimin qoyduğu düzgün diaqnozu təqdim etmək olar. Pasient birinci həkimin qoyduğu diaqnoz nəticəsində sağalmırsa, o zaman digər həkimə müraciət edərkən ona düzgün diaqnoz qoyulur və əvvəlki diaqnozun səhv olduğu ortaya çıxır. Bundan başqa məhkəmənin təyin etdiyi tibbi ekspertizanın araşdırması zamanı diaqnozun səhv qoyulduğunu müəyyən etmək olar. Ölüm halı üzrə isə cinayət işlərində məhkəmənin hökmünün olması mütləqdir. Hökm qanuni qüvvəyə minirsə, artıq ölüm halının həkimin günahı ucbatından baş verdiyi təsdiqini tapır".

Vəkil diqqətə çatdırıb ki, bu cür hallarda dəymiş mənəvi təzminatın məbləğini müəyyənləşdirən konkret meyarlar yoxdur: "Pasientin səhv müalicə nəticəsində keçirdiyi iztirab stress, çəkdiyi əziyyət məhkəmə tərəfindən nəzərə alınır və hər bir iş üzrə halına görə hökm çıxarılır. Müvafiq meyarlar olmadığına görə mənəvi təzminatın məbləği ilə əlaqədar minimum və maksimum miqdar da mövcud deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831