"Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı..."

"Bu izdivac 10 il əvvəl olmalı idi, alınmadı..."

Əməkdar artist Nahidə Orucova Xalq artisti Fidan Qasımova ilə qohum olmasından danışıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış aktrisa "Hüseynova bacılarına" qonaq olarkən qızının F. Qasımovanın oğluna ərə gedəcəyi barədə yayılan məlumatları təsdiq edib:

"Çox gözəl ailədir. Olar ki, ad çəkməyim? Sadəcə, onları tərifləyim. Fidan və Xuraman Qasımovaları bir-birindən ayırmıram. Ancaq əsas Fidan xanımdır. Bu izdivac çoxdan olmalı idi. 10 il bundan qabaq... Onda alınmamışdı, indi reallaşdı. Cəmi bir qızım var, onun toyunu görmək arzusunda idim. Hər bir ana bunu istəyir".

Qeyd edək ki, axşam.az-ın məlumatına əsasən, Xalq artistinin oğlu ilə aktrisanın nişanı bu ilin avqustunda baş tutub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2063 Tarix: 18.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər