Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Dost məclisi faciəylə bitdi: 4 ölü, 6 yaralı

Noyabrın 17-də Amerikanın Kaliforniya ştatının Frenso şəhərində dost ailələrin bir araya gələrək ət qızardıb, amerikan futboluna baxdıqları zaman bir nəfər naməlum şəxs həyətə girərək ora toplaşanları gülləborana tutub. Məclisdə 35-dək insan olub.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Polisin verdiyi xəbərə görə, cinayət törədən şəxs hələlik saxlanılmayıb və hazırda hüquq-mühafizə orqanları hadisənin şahidlərindən ifadə alır.

Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl noyabrın 15-də Kaliforniyanın Santa-Klarita şəhərində 16 yaşlı məktəbli Nataniel Berxou oxuduğu məktəbdə şagirdlərə atəş açıb. Nəticədə 5 nəfər yaralanıb və onlardan 2-si ölüb. Hadisəni törədən 16 yaşlı gənc isə polis gəlməmişdən öncə özünü də öldürüb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 824 Tarix: 18.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər