Qızının ölümündən sonra intihar edən qapıçı... 1 oyunluq "Fənərbaxça", 20 dəqiqəlik La Liqa karyerası...

Qızının ölümündən sonra intihar edən qapıçı... 1 oyunluq "Fənərbaxça", 20 dəqiqəlik La Liqa karyerası...Almaniya millisinin və "Hannover"in sabiq qapıçısı Robert Enkenin intiharı rezonans yaratmışdı.

2009-cu ildə özünü qatarın altına atan Enke psixiki pozğunluqdan əziyyət çəkirdi. Onun həyat yoldaşı Terezanın sözlərinə görə, qapıçı qızlığa götürdüyü uşağın psixikasına görə ondan alınacağından qorxurmuş. Enke və Tereza bioloji qızları Laranı isə 2006-cı ildə ürək xəstəliyindən itirmişdi...

Robert Enke 14 illik peşəkar karyerası boyunca çox şey yaşasa da, öhdəsindən gələ bilmədiyi tək şey depressiya oldu.

"Borussiya Münxenqladbax"dakı performansı ilə klubun əsas qapıçısına çevrilməyi bacardı. Bu uğuru onun "Benfika"ya gəlişi ilə nəticələndi. Portuqaliyada "Benfika"nın, bəlkə də, ən uğursuz mövsümünü keçirməsinə rəğmən, etibarlı çıxışı ilə Avropa nəhənglərinin transfer siyahısına girə bilmişdi. Enkenin öhdəsinə düşən bu top-klublar arasında seçim etmək idi. Seçimi Lui van Qaalın çalışdırdığı "Barselona" oldu.

Dünyada əksər futbolçuların hədəfinə çatanda 25 yaşında idi. Ən üst səviyyəyə yüksəldikdən sonra, uğurlu karyera qurmaq bəlkə də çox asan idi, ancaq elə olmadı…
"Barselona" karyerasına İspaniya kubokunda III Liqa təmsilçisi "Novelda" ilə keçirilən oyunla başladı. 2:3 hesablı məğlubiyyətin ardından "katalon" klubunun təcrübəli oyunçusu Frank de Bur məğlubiyyətə səbəb kimi klubun yeni transferi Robert Enkeni göstərdi. Maraqlısı budur ki, Enke daha sonra "Fənərbaxça"ya, Frank de Bur isə əzəli rəqib "Qalatasaray"a transfer olunmuşdu...

İspaniyada kubok matçından sonra "günah keçisi" elan edilən alman qapıçının çətin günləri başlamışdı. Həmin mövsümdə "Barselona" ilə liqada sadəcə 20 dəqiqə forma geyinə bildi. Bu 20 dəqiqəni Enkenin La Liqa karyerası kimi də dəyərləndirmək olar. Çempionlar Liqasında "Brügge" və "Qalatasaray" üzərində qələbə qazanılan oyunlarda qapıda Enke dayanmışdı. Almaniyalı üçün pis keçən mövsümün sonunda 2003/2004 mövsümü öncəsi kluba gələn Frank Raykardın ilk işlərindən biri Rüştü Rəncbəri transfer etmək olur. DÇ-2002-nin ulduzu Rüştü də "Barselona"da tikiş tutmayacaqdı, ancaq onun transferi Enkenin "Barselona" karyerasının başa çatması anlamına gəlirdi.

13 günlük "Fənərbaxça" karyerası, hər kəs qovulduğunu düşünmüşdü, əslində isə…

"Artıq oynamaq istəyirəm. Ehtiyatda oturmaqdan yorulmuşam" deyən Enkenin dadın Daum yetişdi, azından elə görünürdü. Alman qapıçı Daumın israrı ilə İstanbulun yolunu tutur.
"Fənərbaxça" mövsümün ilk matçında "İstanbulspor"u qəbul edərəkən qapıda Enke dayanmışdı.. Yeni klub, yeni şəhər, yeni bir həyat… Cəmi 90 dəqiqə çəkdi. Pini Balilinin aşırtma qolu ilə başlayan qarşılaşma Yordanovun qolu ilə 3-0 olanda tribunadan Enkenin tutduğu hər topda onu ələ salmağa başladılar. Super Liqada ən az oynayan legioner kimi tarixə düşən Enke oyundan sonra Daumla görüşərək ayrılığı razılaşdırdı. 90 dəqiqə sürən macəranın ardından Enke vətəninə yollanarkən geridə Türkiyə qəzetlərinin onun haqqında yazdığı təhqir dolu manşetlər qaldı.

2008-ci ildə verdiyi müsahibədə "Fənərbaxça" dönəmini "İstanbulda yaşadıqlarım və o dövr həyatımın qırılma nöqtəsidir. 2 il öncə qızımın ölümü kimi. Artıq futbol mənim həyatımda əvvəlki kimi məna ifadə etmir. İndi də futbol həyatımın mərkəzindədir, ancaq hər şeyi ifadə etmir. Yenə oyunu uduzanda hirslənirəm, əsəbləşirəm. Ancaq əvvəllər bu 1 həftə çəkərdi, indi sadəcə 1-2 gün…" deyərək ifadə etmişdi.

Rüştü Enke Türkiyədən ayrıldıqdan sonra verdiyi açıqlamada bu fikirləri səsləndirmişdi: "Enke ilə 1 həftə məşqə çıxdıq. Oynamadığına görə özünəinamı qalmamışdı, formasızlıqdan və motivasiya yoxluğundan əziyyət çəkirdi. Enkenin "Fənərbaxça"ya transferi barədə məlumatı qəzetlərdən öyrəndim və çox təəccübləndim. Mən "fənərli"yəm və "Barselona"da oynayıram. Kaş ki, mənim də fikrimi öyrənsəydilər".

"Sevgi ilə hər şeyin öhdəsindən gələ bilərik" dedik, olmadı
Robert Enke 2 il əvvəl "Barselona" ilə müqaviləyə imza atdığı nöqtədən çox uzaqda idi. Bu zaman təklif geri çevirməyəcəyi "Hannover"dən gəldi. Səssiz şəkildə Almaniyaya döndü. "Hannover" ilə yenidən yüksəlişə keçəcəyi mövsümə başlarkən qızı Lara doğuldu. Qızının doğumu Enkeni həyata daha sıx bağlayacaqdı ki, bu da olmadı. Ürək qüsuru ilə doğulan Laranın davamlı əməliyyatlar keçirməsi lazım idi. Enke bu müddəti xəstəxana və məşq arasında keçirdi. Hər şeyə rəğmən Enke möhtəşəm oyun göstərirdi, həmin il Almaniyada "ilin qapıçısı" mükafatına layiq görüləcək qədər.

2006-cı ilin 17 sentyabrında Lara xəstəxanada vəfat edir. Enke qızının ölümündən 6 gün sonra "Hannover" forması ilə meydana çıxdı, özünü bütünlüklə futbola verdi. Ətrafındakı hər kəs Enkenin psixoloji durumunun fərqində idilər, ancaq əllərindən heç nə gəlmirdi. Enke Almaniya millisinin heyətinə dəvət alacaq qədər yüksəldi, bu müddətdə bir çox klubdan dəvət alsa da, "Hannover"dən ayrılmadı. Övladlığa götürdükləri qız psixolji durumuna görə onlardan alınar deyə narahatlıq keçirirdi.

2009-cu ilin 10 noyabrında klubun səhər məşqindən çıxdıqdan sonra əvvəlcə qızının məzarını ziyarət etdi, ardınca isə 200 metr aralıdakı qatar yoluna tərəf getdi və ‘məndən bu qədər" dedi. Ardında həyat yoldaşından üzr istədiyi intihar məktubunu buraxmışdı...
Enkenin ölümündən sonra həyat yoldaşı və doktoru mətbuat konfransında onun uzun müddətdir depressiya ilə mübarizə apardığını bildirdilər. Çətinliklə danışan həyat yoldaşı bu cümlələri işlətmişdi:

"Barselona və İstanbul dönəmləri bizim üçün çox çətin idi. Hər şeyi geridə buraxa biləcəyimizə inanırdıq, ancaq qızımızı itirdik. Bir-birimizə daha çox çox bağlandıq. Sevgi ilə hər şeyin öhdəsindən gələ bilərik dedik, amma olmadı"…

Offsideplus.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2324   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912