Azərbaycanda 11 yaşlı uşaq naməlum səbəbdən ölüb

Azərbaycanda 11 yaşlı uşaq naməlum səbəbdən ölüb

Neftçalada 11 yaşlı uşaq ölüb.

APA-nın məlumatına görə, rayon sakini, 2008-ci il təvəllüdlü Həsən Abdullazadənin Neftçala rayon Xəstəxanasında ölməsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Yaxınların verdiyi məlumata görə, H. Abdullazadədə noyabrın 17-də kəskin baş ağrıları olub və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq H. Abdullazadə xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 477 Tarix: 18.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər