Ən çox satılan smartfonlar

Ən çox satılan smartfonlar"International Data Corporation" (IDC) analitik şirkəti tədqiqat apararaq III hesabat rübündə ən çox smartfon satan şirkətləri müəyyən edib.
BiG.AZ Bizimyol.info-ya istinadən III rübdə ən çox smartfon satan liderlərin TOP-5-ni təqdim edir.

1. "Samsung"

Cənubi Koreyanın smartfon istehsalçısı "Samsung" şirkəti 2019-cu ilin III kvartalında əvvəlki rübdə olduğu kimi, smartfonların dünya üzrə tədarükü üzrə lider olub. Belə ki, o, "International Data Corporation" (IDC) analitik şirkətinin araşdırmalarına əsasən, illik ifadədə 8,3% çox, 78,2 milyon ədəd smartfon tədarük edib.

Smartfon bazarında "Samsung"un payı bir il əvvəlki 20,3%-dən 21,8% - ə qədər artıb.

2. "Huawei"

Təchizat həcminə görə ikinci yeri tutan Çinin "Huawei" şirkəti üç hesabat ayı ərzində 66,6 milyon smartfon (illik artım 28,2%) tədarük edib. Onun bazarda payı bir il əvvəlki14,6%-dən 18,6%-a yüksəlib.

Bir çox beynəlxalq bazarlarda problemlərə baxmayaraq, "Huawei" III rübdə Çində mövqeyini ikiqat artırıb. Araşdırmada deyilir ki, "Huawei"in problemlərindən A seriyasının tədarükünün həcmini artırmaqla ən çox "Samsung" qazanıb.

3. "Apple"

ABŞ-ın "Apple" korporasiyası dünya üzrə tədarük həcminə görə üçüncü yeri tutub. Belə ki, o, üç hesabat ayı ərzində 46,6 mln.smartfon (illik ifadədə 0,6% azalma) tədarük edib, bazarda onun payı ötən ilin 13,2% səviyyəsindən 13%-ə qədər azalıb.

4. OPPO

OPPO şirkəti tədarükü illik ifadədə 4,1% artıraraq, 31,2 milyon smartfon satıb (bazarda payı bir il əvvəlki 8,4%-dən 8,7%-ə çatıb).

Araşdırmada qeyd olunur ki, 2019-cu ilin III rübündə smartfonların ümumi dünya üzrə tədarükü illik ifadədə 0,8% artaraq 358,3 milyon ədədə çatıb.

5. "Xiaomi"

"Xiaomi" şirkəti illik ifadədə tədarükü 3,3% olmaqla 32,7 milyon smartfona qədər azaldıb. Onun bazar payı bir il əvvəlki 9,5%-dən 9,1%-ə qədər azalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1179   Tarix: 17 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197