Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşdı - VİDEO

Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşdı - VİDEO
Moskva Mərkəzi Univermağının fəşn-direktoru, “Mercury” zərgərlik şirkətinin vitse-prezidenti Alla Verberin qızı anasının ölümündən bir gün əvvəl çəkilmiş videosunu yayımlayıb.

BiG.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, görüntülərə bu sözləri yazıb: “Sizə anamın İnstaqrama yerləşdirmək istədiyi son videosunu göstərmək istəyirəm. Forte-dey-Marmi. 5 avqust 2019-cu il”.

Sosial şəbəkə izləyiciləri qıza bir daha başsağlığı verib. Onlar onun anasının gözəl qadın və həmişə şən bir insan olduğunu qeyd ediblər.

Xatırladaq ki, Alla Verber 61 yaşında İtaliyada dünyasını dəyişib. Faciə bu ilin 6 avqust tarixində baş verib. Verber dəniz məhsullları yedikdən sonra özünü pis hiss edib. Həkimlər onun həyatını xilas edə bilməyib. Ekspertizanın nəticələrinə görə, Verberin meninqokok infeksiyasından dünyasını dəyişdiyi məlum olub.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1153 Tarix: 17.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər