24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı - FOTO

24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı - FOTO
Türkiyəli Lale Oğultürk adlı qadının atdığı addım eşidənləri təəccübləndirib. Belə ki, o 24 il əvvəl evli olduğu Murad Gezginoğlu üçün donor olub.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, onlar 3 il evli qaldıqdan sonra ayrılıb. Bundan sonra heç bir əlaqələri olmayıb və hər iki şəxs yenidən ailə həyatı qurub. Lalə bu yaxınlarda bir qohumu ilə danışarkən keçmiş ərinin böyrək çatışmazlığı olduğunu və donor axtardığını öyrənib.

Dərhal ona zəng vuraraq donor olmaq istədiyini deyib. Daha sonra edilən analizlərlə böyrək uyğunluğu olub və Lalənin bir böyrəyi Murada köçürülüb. Həkimin dediyinə görə, hazırda ikisinin də vəziyyəti qaydasındadır.

Lalə əməliyyatdan sonra daha da yaxşı hiss etdiyini vurğulayıb.

"Eşidəndə ki, ona böyrək lazımdır bir an belə düşünmədən yardım etməyi təklif etdim. Mənə elə gəlir ki, yaxşı bir iş görmüşəm və buna görə enerjim daha da artıb".

24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 487 Tarix: 17.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər