Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı

Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Yaşar Rzayevin cinayət cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.

Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Y.Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza - F.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(oxu)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 738 Tarix: 16.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər