"Azəriqaz": Qazanxanaların qaz təchizatı bərpa edilib

"Azəriqaz": Qazanxanaların qaz təchizatı bərpa edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.
Bunu “Report”a açıqlamasında “Azəriqaz”ın Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov təmsil etdiyi qurumun əhalinin istiliklə təminatına problem yaratması (qadağa qoyması) barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bu dəqiqələrdə təchizatı bərpa etmişik. Əhaliyə istilik verilə bilər”, - deyə o qeyd edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 475 Tarix: 16.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər