"Xloyedən əl çəkin" - Serdar Ortaç

"Xloyedən əl çəkin" - Serdar Ortaç
Türkiyəli müğənni Serdar Ortaç ötən gecə İstanbuldakı bir məkandan çıxarkən görüntülənib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi ayaqüstü müxbirlərlə söhbət edib. O, sosial şəbəkədən uzaqlaşdığını etiraf edib.

"İnstaqram-a baxmamaq üçün telefonu maşında qoyuram. Çünki yalan xəbərlər yazılır. Guya mən kiminləsə sevgiliyəm, ya da Xloye başqası ilə birlikdədir. Keçmiş xanımımdan əl çəkin".

İfaçı Xloyenin maddi mövzularda da hər zaman ona dəstək olduğunu dilə gətirib:

"Yaşı az olsa da, hər şeyin hesabını yaxşı aparırdı. Ona hər şey halal olsun".

Qeyd edək ki, cütlük 5 il evli qaldıqdan sonra avqustda boşanıb. Xloye boşandıqdan sonra vətəninə, İrlandiyaya qayıdıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1222 Tarix: 16.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər