Azərbaycanda dəhşət: Oğul sözünə baxmayan atasını öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda dəhşət: Oğul sözünə baxmayan atasını öldürdü - TƏFƏRRÜAT

Gəncədə qətl hadisəsi törədilib.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib.

Həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Baku.ws-in əldə etdiyi məlumata görə, ata və oğul tikintidə çalışırmış. Hadisə baş verən zaman 25 yaşlı Yusif Dadaşov içkili vəziyyətdə olub.

Buna əsəbləşən ata oğluna yatmağı və sabah işə gedəcəklərini xatırladıb. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla M.Dadaşova bir bıçaq zərbəsi endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1128 Tarix: 16.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər