UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıq

UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqNoyabrın 16-da UNESKO Günü qeyd olunur.

1945-ci ilin həmin günü Londonda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESKO) yaradılaraq 37 dövlətin imzası ilə Nizamnaməsi qəbul edilib. Yeni beynəlxalq təşkilatın bəşəriyyətin əqli və əxlaqi həmrəyliyini təmin etməklə dünya müharibəsi ehtimalının qarşısını almaq məqsədi daşıdığı güman olunurdu.

Azərbaycan BMT-nin bu tabe təşkilatına 3 iyun 1992-ci il tarixində üzv olub. Beləliklə, 27 ildən artıqdır UNESKO ilə mövcud olan əlaqələr getdikcə inkişaf edərək yeni-yeni sahələri də əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, ətraf mühit, idman kimi sahələrə aid UNESKO-nun bir çox konvensiyalarına qoşulub.

Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldükdən sonra Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq əlaqələri daha da güclənib. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə həm ölkədə, həm də xaricdə maddi və qeyri-maddi mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı mühüm işlər görülür.
UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqBelə ki, Heydər Əliyev Fondunun prezidentinin səyləri ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinin Əbu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Azərbaycan aşıq sənəti UNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin sessiya zamanı adıçəkilən siyahıya Novruz bayramı da salınıb. Bir sıra ölkələrdə qeyd olunduğu nəzərə alınmaqla və təşkilatın də tövsiyəsi ilə bu bayram beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi olaraq təqdim edilmişdi.
UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqBundan başqa, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətinin başqa bir mühüm istiqaməti də Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahələrindəki görkəmli şəxsiyyətlərin beynəlxalq miqyasda tanıtmaqdır.

Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Parisdə UNESKO xəttilə görkəmli kimyaçı alimimiz Yusif Məmmədəliyevin 100 illiyi qeyd edilib. Həmçinin dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç ilə həyat yoldaşı, opera ifaçısı Qalina Vişnevskayanın birgə yaradıcılıq fəaliyyətlərinin 50 illiyi münasibətilə albom və disklər buraxılıb.

Yenə də 2005-ci ildə UNESKO-nun Parisdəki qərargahında Heydər Əliyev Fondunun nəşr etdirdiyi "Qarabağ xanəndələri" musiqi albomunun təqdimat mərasimi keçirilib.

UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqHeydər Əliyev Fondu tərəfindən həmçinin istər ölkədə, istərsə də bütün dünyada mədəniyyət abidələrinin mühafizəsinə dair mühüm humanitar və mədəni layihələr də həyata keçirilir.

2007-ci ildə Heydər Əliyev Fondu Parisin Versal sarayı qarşısındakı parkda yerləşdirilən, adları UNESKO-nun Dünya İrs Siyahısında olan iki abidənin bərpa işlərini yerinə yetirib. Bundan əlavə, Heydər Əliyev Fondu Luvr muzeyində İslam mədəniyyətinə həsr olunan yeni bölmələrin açılmasında da əhəmiyyətli rol oynayıb. 2012-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Fransa prezidenti Fransua Oland Luvr muzeyində İslam sivilizasiyasına aid memarlıq, rəngkarlıq və başqa mədəni irs nümunələrinin təqdim olunduğu yeni salonların açılışında iştirak ediblər.
UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqHeydər Əliyev Fondu Fransanın Orne departamentindəki Santiyi, Frene o Sovaj, San İler la Jerar, Tanvil, Kurjüst, Revelyon, Mal yaşayış məntəqələrindəki X-XII əsrlərə aid kilsələrin, XIV əsrə aid Strasburq kafedral kilsəsindəki şəkillərin bir hissəsinin bərpasına kömək edib.

Həmçinin Fond İtaliyada və Vatikanda tarixi mədəni abidələrin mühafizəsilə bağlı da bir sıra layihələr icra edib. Belə ki, 2016-cı ildə Vatikandakı Müqəddəs Sebastian katakombalarının bərpa işlərinə başlanılıb. Cəmi iki il sonra isə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük tarixi, mədəni əhəmiyyətə malik bu katakombaların açılış mərasimində iştirak edib.

Bundan əvvəl, 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən həmçinin Müqəddəs Merselino və Müqəddəs Pyetro katakombaları, Kapitoline Muzeyinin Filosoflar Salonu da bərpa olunmuşdu.
UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqHeydər Əliyev Fondu II Dünya müharibəsi zamanı dağılıb yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə də qoşulub. Bu məqsədlə keçirilən ianə toplama kampaniyası çərçivəsində 2011-ci ilin 29 sentyabr tarixində Mehriban Əliyeva həmin abidənin məsul şəxslərinə Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avroluq qəbz təqdim edib. Berlin qəsrinin bərpası işlərinin cari ildə başa çatdırılacağı güman edilir.

Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Trapezitsa qalası da Heydər Əliyev Fondunun dəstəyilə bərpa edilib. 2016-cı ilin 22 sentyabr tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva Trapezitsa Muzey Memarlıq Qoruğunun açılışında iştirak ediblər. Bolqarıstanın və Şərqi Avropanın mühüm tarixi turizm mərkəzlərindən olan bu qoruq ərazisində bərpa və konservasiya işləri 10 ay davam edib. Belə ki, Heydər Əliyev Fondu tərəfindən qalanın 158 metr uzunluğundakı qərb divarında bərpa və konservasiya işləri, orta çağa aid üç kilsədə təmir və konservasiya işləri həyata keçirilib, Mədəni Miras Mərkəzi və 880 metr uzunluqda turist xiyabanı salınıb.
UNESKO ilə Azərbaycan: dünya irsini qorumaq naminə əməkdaşlıqBundan əlavə, Fond təhsilə dair bir çox sosial layihələrə, o cümlədən Pakistanda və Viyetnamda məktəb tikintisi, Bosniya və Herseqovinada sosial mərkəzlərin tikintisi layihələrinə də dəstək verib.

Beləliklə, UNESKO ilə Azərbaycan arasındakı əlaqələr get-gedə genişlənərək yeni-yeni məzmun kəsb edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 563   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137