Daha bir aparıcı ATV-dən getdi - FOTO

Daha bir aparıcı ATV-dən getdi - FOTO

Daha bir aparıcı ATV-dən ayrılıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, “ATV aktual” verilişinin aparıcısı, tanınmış telejurnalist Ariz Tarverdiyev uzun müddətdir çalışdığı ATV kanalından gedib.

Aparıcının televiziyadan ayırılmasına səbəb yeni iş təklifi olub və o, bugünlərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə televiziya kanalının icraçı direktoru Vahid Səmədov da öz ərizəsilə vəzifəsindən azad edilmişdi.
Daha bir aparıcı ATV-dən getdi - FOTO


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7269 Tarix: 16.11.2019


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol