Dünyanın ən bahalı küçələri

Dünyanın ən bahalı küçələri

Honq Konqun Kozuey Bey küçəsi 2019-cu ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə “Cushman & Wakefield” konsaltinq şirkətinin reytinqində deyilir.

Bu küçədə ticarət obyektinin icarəsi bir kvadrat metr üçün illik 25,96 min avro təşkil edib.

Reytinqdə ikinci yerdə Nyu-Yorkun Beşinci prospekti (21,3 min avro), üçüncü yerdə Londonun Nyu-Bond küçəsi (16,2 min avro) qərarlaşıb.

Bundan başqa, ilk onluqda Yelisey çölləri (Paris), Montenapoleone (Milan), Gindza (Yaponiya), Pitt Strit Moll (Sidney), Banhofştrasse (Sürix), Mendon (Seul) və Kolmarkt (Vyana) küçələri yer alıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 630 Tarix: 15.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər