İşlərimizi qısa zamanda effektiv şəkildə necə həll edə bilərik? - VİDEO

İşlərimizi qısa zamanda effektiv şəkildə necə həll edə bilərik? - VİDEOBiz elə bir həyatda yaşayırıq ki, bir anda milyonlarla hadisə baş verir. Əksəriyyətimiz üçün bir neçə işi eyni anda həll etməyə çalışmaq, zamanla ayaqlaşmağımızı düşünməyə və hiss etməyə vadar edir.

Amma bir problem var: yalnız insanların 2%-i eyni anda bir neçə tapşırığı həll etməyə qadirdir. Bu o deməkdir ki, insanların 98% -i öz işlərini vaxtında həll etmək üçün yalnız təlaş içində olurlar.

Aşkardır ki, bizim beynimiz bir neçə işi eyni anda həll etmək üçün yetərli deyil. Beyin bir neçə tapşırıqla eyni anda qarşılaşdıqda "dona" bilər. Araşdırmalar göstərir ki, biz çox tapşırıqlı rejimdə işlədikdə beynimiz onları həll etmək əvəzinə diqqətimizi tez bir şəkildə bir tapşırıqdan digərinə yönləndirir.

Fəaliyyət planı

İnsanların əksəriyyəti eyni anda bir neçə tapşırığı həll etməyə yönümlü olmasına baxmayaraq, araşdırmalara görə, insanlara bir tapşırıq üçün diqqəti toplamaq çətin olduğu halda , bir neçə tapşırıq üçün lazım olan diqqəti toplamaq daha da çətindir.
Ruhdan düşməyə tələsməyin. Əgər siz paralel şəkildə bir neçə tapşırığı yerinə yetirməyə gücünüzün yetmədiyini qəbul edirsinizsə , o zaman diqqətinizi bir işə yönləndirəcək və o işi ziyansız həll etməyə kömək edəcək məsləhətlərdən yararlana bilərsiniz:

Telefonu söndürün: Sizə işi həll etməyə mane olacaq hər şeyi təcrid edin - telefonu, televizoru və sizə mane olacaq digər vasitələri söndürün.

İş planı tərtib edin: Əgər siz kompyuter qarşısında yaxud evdə çox vaxt keçirirsinizsə, bu sizə daha da faydalı olacaq. Gününüzə uyğun qrafik tərtib edin – hər tapşırığa müəyyən vaxt təyin edin. Bunu edərkən , yemək aralarını və istirahət vaxtlarını unutmayın. Beləliklə, siz işləməyə başlayan zaman nə etməli olduğunuzu biləcəksiniz. Həmçinin, bu sizə vaxtınızı sosial şəbəkələrdə boşuna keçirməyi əngəlləyəcək.

Məqsədlər qoyun: Bir işi etməmişdən əvvəl onu hansı məqsədlə edəcəyinizi yaxşı-yaxşı düşünün. Əgər sizin dəqiq məqsədiniz yoxdursa , siz rahatlıqla öz işinizdən yayınmaya başlayacaqsınız. Yeni tapşırığı həll etməyə başlamamışdan əvvəl onun fəaliyyətini planlaşdırmaq üçün müəyyən vaxt ayırın.

Sağlam səhər yeməyi qəbul edin: Sağlam səhər yeməyi diqqətinizi gücləndirər və işgörmə potensialınızı artırar.

Meditasiya edin: Araşdırmalar göstərir ki, şərq təcrübəsindən istifadə etmək beyinin funksiyalarını yaxşılaşdırır və diqqətinizi cəmləməyə kömək edir. Meditasiya etmək stressi azaltmağın da ən yaxşı üsullarındandır.

Diqqətlə dinləyin: Mesajları cavablayaraq, xəbərləri oxuyaraq yaxud videolara baxaraq kimdənsə yeni informasiya qəbul etmək effektiv olmur. Əgər siz kimləsə söhbət edirsinizsə, bu zaman bütün diqqətinizi söhbətə yönləndirməlisiniz.

Nizamı qoruyun: Kompyuterinizdə sizi yayındıracaq hər şeyi nizama salın. Ana səhifədə yalnız sizə lazım olan faylları və proqramları saxlayın.

Fasilələr edin:Araşdırmalar göstərir ki, tapşırığı həll edərkən qısa fasilələr diqqəti gücləndirir.

Oxuyun: Daha çox məsləhət istəyirsiniz? Bunun üçün strategiyanızı inkişaf etdirəcək yetərli qədər kitablar mövcuddur.

Şübhəsiz ki, bu məsləhətlər sizə bir işin həllinə diqqətinizi toplamağa və həll etməyə kömək edəcək. Daha sonra digər işləri də bu şəkildə həll edəcəksiniz. Nəticədə, işlərinizi vaxtında həll edəcək və bununla da özgüvəniniz artacaqdır. (motivasiya.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 691   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882