Azərbaycanda 25 yaşlı oğlan amansızlıqla öldürüldü – PULA GÖRƏ

Azərbaycanda 25 yaşlı oğlan amansızlıqla öldürüldü – PULA GÖRƏ

Daxili İşlər Nazirliyi Balakən rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.

BiG.AZ nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olun.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ilkin araşdırma zamanı 25 yaşlı Elvinin pula görə öldürüldüyü məlum olub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5639 Tarix: 15.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər