Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? – VİDEO

Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? – VİDEOSon vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Nərgiz Məmmədova – Şikayətçi: "Onlayn səhifələrin birindən geyim sifariş elədim və onlar məbləği tam şəkildə ödəməyi tələb elədilər, 1 həftə sonra geyimi gətirdilər lakin gələn geyimin şəkildəki ilə heç bir əlaqəsi yox idi. Mən daha sonra onlarla əlaqə saxlamağa çalışdım və nömrəmə cavab vermədilər, evlərinə qədər getsəm də açıqlama verilmədi".

Şəhər sakinlərilə sorğu zamanıda eyni mənzərə ilə qarşılaşdıq.

Şəhər sakini: "Qrup yoldaşım bir dəfə sifariş vermişdi tamam başqa bir şey gətirmişdilər".

Sakin: "Mən ancaq aksesuarlar sifariş verirəm, çünki geyimə güvənmirəm, geyim verən olub bəyənmiyiblər, razmer böyük gəlib keyfiyyətsiz olub ona görə".

Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: "Azad İstehlakçılar Birliyinə şikayətlərin ardı-arası kəsilmir, beynəlxaq istehlakçı təşkilatının verdiyi məlumata görə onlayn ticarətlə satılan dərman preparatlarının çox böyük hissəsi hətta 70%-i saxtadır".

Bəs bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

Sabit Məmmədov – Reklam üzrə mütəxəssis: "Nəyə inanıb sifariş versinlər, baxsınlar həmin səhifənin mobil tətbiqi varmı, saytı varmı və orada müqavilə şərtləri varmı? Müqavilə şərtləri göndərəndə mütləq onu oxumaq lazımdır ki, dəyişib və qaytarmaq mümkün olub olmadığını bilək".

Pərviz Əzimov – Marketoloq: "İnsanlar ən birinci olaraq tanıdıqları saytlardan almalıdır məhsulu. 2-ci məsələ budur ki, mütləq diqqət etməlidirlər onlayn ödəniş etdiyi saytlarda "3D security" sistemi olmalıdır ki, onların sabah fırıldaqçılığı ilə üzləşdikdə bank onların pullarını geri qaytara bilsin. Yəni "3D security" olmadan ödənişlər etməmələri tövsiyyə olunur".

Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: "Bütün hallarda kuriyer vasitəsilə çatdırılan onlayn ticarət məhsulunu alarkən mütləq və mütləq kassa çeki tələb etsinlər, əgər kassa çeki və ya mədaxil orderi tələb edilmirsə bu o deməkdir ki, burada problemlər yaşandıqda istehlakçı hüququnu qorumaq mümkün olmayacaqdır".

Mövcud qanuna görə 5 gün müddətində istehlakçının hüququ var ki, malı dəyişsin və ya qaytarsın.Bundan başqa bu cür hallarla qarşılaşan istehlakçılar İqtisadiyyat nazirliyinə müraciət edə və ya Azad İstehlakçılar Birliyinin qaynar xətti ilə əlaqə saxlayıb öz şikayətlərini bildirə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 650   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0