"Vüqar Həşimov" lideri məğlub edərək, birinci yerə qalxıb

"Vüqar Həşimov" lideri məğlub edərək, birinci yerə qalxıbMonteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda IV turun oyunları keçirilib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, kişilərin yarışında "Vüqar Həşimov" klubu bunadək lider olan Rusiyanın "Molodyojka" komandasını 4:2 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini qazanıb.

Komandamızda yalnız Ülvi Sadıqov qara fiqurlarla Andrey Yesipenkoya uduzub.

Şəhriyar Məmmədyarovun çıxış etdiyi Şimali Makedoniya "Alkaloid"i Serbiyanın "İtaka" komandasını məğlub edib – 5:1. Şəhriyar Aleksandar İnciçə qalib gəlib.

Nicat Abbasovun çıxış etdiyi "Rayka Rapid"i Belçikanın "Fontan" komandasını 5,5:0,5 hesabı ilə məğlub edib. Nicat qara fiqurlarla Endi Mareşaldan üstün olub.

Nərgiz Umudovanın şərəfini qoruduğu Belçika "Eşikye Mözan"ı da İsveçin "Vasa" komandasını 3,5:2,5 hesabı ilə məğlubiyyətə uğradıb. Nərgiz qara fiqurlarla Eqons Lavendelisə qalib gəlib.

Hazırda "Vüqar Həşimov" klubu səkkiz xala malikdir və birinci sıraya yüksəlib. Altı xala malik "Alkaloid" səkkizincidir. Dörd xal toplamış "Eşikye Mözan" və "Rayka Rapid" müvafiq olaraq 29 və 30-cu sıraya yüksəlib.

Qadınların yarışında isə "Odlar Yurdu" ilk məğlubiyyətini alıb. Zərif şahmatçılarımız turnir cədvəlinin ikinci sırasında yer alan Kiyev Şahmat Federasiyasının komandasına 1:3 hesabı ilə uduzub. Bu üzdən dörd xala malik olan komandamız altıncı sıraya yuvarlanıb.

Qeyd edək ki, "Vüqar Həşimov" bu gün üçüncü sırada olan İtaliyanın "Obiettivo Rizarçimento" komandası ilə görüşəcək. "Odlar Yurdu" isə Sloveniyanın "Maribor" komandası ilə qarşılaşacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 869   Tarix: 14 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476