Üç idmançımız "Koreya səfiri Kuboku"nda medal qazandı - FOTO

Üç idmançımız "Koreya səfiri Kuboku"nda medal qazandı - FOTO

Bu gün Koreyanın Muju şəhərində “Koreya Səfiri Kuboku” keçirilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, hər il Koreya səfirliyi taekvondo idman növü üzrə yarışlar təşkil edir.

Bu il baş tutan yarışların qalibləri arasında isə ilk dəfə olaraq dünya birinciliyi keçirilib.

Respublikamızda da artıq bir neçə ildir “Səfir kuboku” yarışları təşkil olunur.

Builki turnirdən seçilən üç idmançımız ölkəmizi dünya birinciliyində təmsil edib və hər üçü mükafatçılar sırasında yer alıb.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (-51 kq) və Yaşar Məmmədli (-63 kq) qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Riyad Şirəliyev (-55 kq) isə çempionatın bürünc medalına sahib olub.
Üç idmançımız "Koreya səfiri Kuboku"nda medal qazandı - FOTO


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 261 Tarix: 13.11.2019
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.048