Cütlüklər mağarada cinsi əlaqədə olurlarmış - Məşhur realiti-şounun saxtakarlığı ifşa olundu

Cütlüklər mağarada cinsi əlaqədə olurlarmış - Məşhur realiti-şounun saxtakarlığı ifşa olundu

İllər əvvəl Britaniyanın ITV kanalında yayımlanan "I'm A Celebrity... Get Me Out Of Here" (Mən məşhuram, məni buradan çıxar) realiti-şousu ilə bağlı bəzi məlumatlar yayılıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, yeni mövsümdən ekranlara qayıdacaq realiti-şou ilə bağlı təəccübləndirən iddialar səsləndirilib.

2006-cı ildə şounun iştirakçısı olan jurnalist Lauren Booth çəkiliş meydançasının tamamilə saxta olduğunu iddia edib.

Onun dediyinə görə, bir sıra iştirakçıların, o cümlədən Maylin Klassın məşhurlaşmasına səbəb olan şəlalə real deyil. Belə ki, şəlalə, əslində, insan əli ilə düzəldilib və adi duşdan fərqlənmir.

"Yəqin ki, real şəlalə gecə saat 3-dən səhər saat 6-ya qədər bağlı qalmaz", - Lauren söyləyib.

Bundan əlavə çəkilişlər zamanı arxa fonda görünən qayalar da kartondan düzəldilibmiş. Jurnalist bildirib ki, yaxınlıqda olan mağarada iştirakçılar cinsi əlaqədə ola bilirdilər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4054 Tarix: 13.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər