Baş ağrısı ilə evə gələn qızın cansız bədəni tapıldı - FOTO

Baş ağrısı ilə evə gələn qızın cansız bədəni tapıldı - FOTO

Baş ağrısı ilə evə gəlib, otağına keçən qızın cansız bədəni tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə, Qeytshed qəsəbəsində yaşayan Jessica Cain öz otağında dünyasını dəyişib.

21 yaşlı qızın meningit xəstəliyindən öldüyü məlum olub. Qızının ölümündən şoka düşən anası açıqlamasında bildirib ki, o, evə gələndə başının ağrıdığını və halsız olduğunu deyib və öz otağına keçib.

Qadının dediyinə görə, qızı su ilə 2 ədəd parasetamol dərmanı da qəbul edib.

"Səhər qızımı oyandırmaq istədim, cavab vermədi", - Shelia Rowell Chronicle Live-ə açıqlamasında söyləyib.

Qeyd edək ki, meningit - baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar, viruslar , parazitlər və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.-dir.

Baş ağrısı ilə evə gələn qızın cansız bədəni tapıldı - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1709 Tarix: 13.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər