
Alimlər hörümçək və qarışqalardan ilhamlanıb suda batmayan metal yaratdılar - FOTO-VİDEO
Roçester Universitetinin alimləri suda batmayan metal yaradıblar.
BiG.AZ-ın rochester.edu-ya istinadən verdiyi xəbərə görə, yeni konstruksiya metalın zədələnməsindən və nə qədər dərinliyə getməsindən asılı olmayaraq, suyun üzünə çıxır.

Belə ki, femtosaniyə lazeri vasitəsilə, hava çəkən mikro və nanohissəciklər zərgər dəqiqliyilə metalın üzərinə çəkilir.

Beləliklə, həmin metal suçəkməz olur. Suya daxi olduqda quruluşun ətrafında hava qabarcığı meydana gəlir və onu yuxarı itələyir.

Elm adamları bu ideyanı hörümçək və qarışqalardan ilhamlanaraq həyata keçiriblər: gümüşü su hörümçəkləri və Solenopsis qarışqaları bədənlərinin hava "qabığında" uzun müddət su altında qala bilirlər.

Natəvan Baxşiyeva