Uşaqlarını öldürən valideynlərlə bağlı dəhşətli fakt üzə çıxdı - Ən ağır cəza verildi

Uşaqlarını öldürən valideynlərlə bağlı dəhşətli fakt üzə çıxdı - Ən ağır cəza verildi

Uşaqlarını öldürməyə çalışan cütlük bacı-qardaş çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Şeffild şəhər məhkəməsində 35 yaşlı Sarah Barrass ilə 39 yaşlı Brandon Machin-ə hökm oxunub.

2 uşaqlarını öldürüb, digər 4-nü zəhərləməyə çalışan valideynlərə ömürlük həbs cəzası verilib. Onlar bundan sonra minimum 35 il müddətində cəzaçəkmə müəssisəsində qalacaqlar.

Məhkəmədə cütlüklə bağlı dəhşətli fakt aşkarlanıb. Belə ki, Brandon Saranın ögey qardaşı və 6 uşağının atası imiş.

Məhkəmədə cütlüyün ifadəsini eşidən hakim dəhşətə gəlib. O, ikilinin ən ağır şəkildə cəzalandırılmasını tələb edib.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 790 Tarix: 13.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər