"Huawei" iki "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatı qazandı

"Huawei" iki "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatı qazandıLondon, BK –5 noyabr,2019-cu il–"Huawei" İstehlakçı Biznes Qrupu (İBQ) hər il London "Cafe de Paris"-də keçirilən "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatları (MSİM) 2019-da iki nüfuzlu mükafata layiq görüldü.

Namizədlərin "TechRadar"-ın münsiflərdən ibarət ekspert qrupu tərəfindən seçildiyi illik istehlak sorğusunun bir hissəsi, istehlakçılar onların seçiminə və "TechRadar" MSİM mükafatının nüfuzlu qalibinə çevrilməyə layiq olduğunu hiss etdikləri şəbəkə və ya cihaza səs verməyə dəvət olunurlar.

19-cu tədbirdə gecənin aparıcıları "Huawei"-in mobil fotoqrafiyada liderliyini təsdiqləyən və istehlakçıların smartfonları üstün xüsusiyyətlərlə cəlbedici bir qiymətə ala biləcəyini sübut edən HUAWEI P30 Pro-nu Ən yaxşı kameraya malik telefon, HUAWEI P smart 2019-u isə Ən yaxşı qiymətli telefon (200 funt-sterlinqdən aşağı) elan etdilər.

Gecədə HUAWEI P smart 2019-u elan edərkən ev sahibləriəlavə etdi: "HUAWEI P smart 2019 inanılmaz bir qiymətə gözəl dizayn və geniş saxlama həcminə görə münsiflərimiz tərəfindən təqdir edilmişdir."

Bundanqısa müddət sonra HUAWEI P30 Pro-nun qalib elan olunduğu Ən yaxşı kameraya malik telefon kateqoriyasına keçildi. "Huawei" öz mükafatını götürərkən ev sahibləri çıxışa davam etdi: "Bir telefonda dörd kameranın olmasının çox incə bir mexanizm olduğunu düşünə bilərsiniz; amma "Huawei" bu texnologiya ilə parlaq bir kamera düzəldə biləcəyini göstərmiş və şəkillərinin aydınlığı və zənginliyi ilə münsiflərimizi heyran edən bir telefon təqdim etmişdir."

Bu "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatı öz markasının şöhrətini davam etdirən 2018-ci ildə üç "TechRadar" Mobil Seçim Mükafatı (İlin istehsalçısı, İlin telefonu, Ən yaxşı kameraya malik telefon) qazanmış "Huawei"-ə verilir. "Huawei" həmçinin 2017-ci ildə iki mükafat (Ən yaxşı orta bazar qiymətli telefon, Diqqətə layiq), 2016-cı ildə isə bir mükafat (Ən yaxşı kameraya malik telefon) qazanmışdır.

"İstehlakçılar və "TechRadar"-ın texnologiya mütəxəssisləri tərəfindən tanınmağımızdan şərəf duyuruq və HUAWEI P seriyası cihazları üçün iki mükafat almağımıza məmnunuq. "Huawei"innovativ və güclü texnologiyaları ilə smartfon kamerası imkanlarının hüdudlarını aşaraq istehlakçılara yeni və təkmilləşdirilmiş smartfon fotoqrafiyası təcrübələrini təqdim etmək niyyətindədir" - deyə, "Huawei" İstehlakçı Biznes Qrupunun Mobil telefon işləri üzrə vitse-prezidenti Li Changzhu bildirdi.

"İngiltərədə 19il boyunca hər il keçirilən "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatlarımız istehlakçıların ən çox sevdikləri mobil telefonlara səs vermək imkanını sevdiklərini göstərən 34,000-dən çox istehlakçı səsi toplamaqla istehlakçılarla bağlı mövcud istənilən səviyyə göstəricisini keçmişdir" - deyə, "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatlarının Mükafatlar üzrə direktoru Mark Fermor bildirdi.

""TechRadar" HQ-də istehlakçıların və ekspert münsiflərimizin "Huawei"-i bu iki nüfuzlu kateqoriyada tanıdıqlarını görmək çox xoşdur."

"Huawei"-in "Ən yaxşı kameraya malik telefon" kateqoriyasındakı qalibiyyəti "TechRadar" MSİM 2019-da ən yüksək fəxri mükafatlar qazanmaqla fotoqrafiyaya innovativ yanaşma tendensiyamızı davam etdirir.HUAWEI P9 2016-cı ildəƏn yaxşı kameraya malik telefonseçilmişdi, HUAWEI P20 isə 2018-ci ildə mükafata layiq görülmüşdü.

"Huawei" HUAWEI P seriyasının estetik dizaynı və innovativ fotoqrafiya texnologiyasını davam etdirərək 2019-cu ilin sentyabr ayında Yeni P30 Pro-nu təqdim etdi, Yeni P30 Pro rəng dizaynında dəbdəbəli təkmilləşdirmələrə və təkmilləşdirilmiş foto və video montaj funksiyalarına sahibdir.

HUAWEI P30 seriyası 17 milyon ədəddən çox satılaraq istehlakçının sevimlisi olaraq qalmışdır. O, Avropanın Şəkil və Səs Assosiasiyası (AŞSA) da daxil olmaqla dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən sevilmiş və təqdir edilmişdir. HUAWEI P30 Pro Assosiasiya tərəfindən "2019-2020-ci ildə AŞSA-nın ən yaxşı smartfonu" adına layiq görülərək "Huawei"-in bu kateqoriyada ard-arda ikinci il də qalib olmasına səbəb olmuşdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 528   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Əsrin toyu"ndakı bəy 25 il həbs oluna bilər - SƏBƏB

Noyabr ayında medianın əsrin toyu adlandırdığı toydakı bəy 25 il həbs oluna bilər. xarici mediaya istinadən xəbər verir ki, "Ussery Automotive Group" avtomobil şirkətinin baş direktoru Madlen Brokvey və Ceykob Laqronun qızlarının Parisdə dəbdəbəli toyu olmuşdu. Məlumata görə, toya 25 milyo

08.12.2023 545
.

Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMA

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Ermənistan tərəfi bu addımları atmaqla nə etmək istəyir?. Mövzu ilə bağlı hərbi jurnalis

05.09.2023 1061
.

"Zeynəb özü üçün gedir-gəlir" - Şəbnəm həmkarından NƏLƏR DANIŞDI?

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Maqazin plus" verilişində deyib. O, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan dostluqlarındakı soyuqluğun səbəbini də Zeynəbdə görüb. "Zeynəb də bizimlə bərabərdir. Amma Zeynəb özünə qapalı adamdır. Arada çıxıb gedən adamdır

27.11.2023 986
.

Qəbiristanlığa hücum edildi: Məzar daşları dağıdıldı

Qərbi Trakyada türk qəbiristanlığına naməlum şəxs və ya şəxslər tərəfindən hücum edilib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 20-yə yaxın məzar daşı zədələnib. Qəbiristanlığı ziyarət edənlərin diqqətini çəkən hücumla bağlı yerli hakimiyyət orqanları məlumatlandırılıb. Qəbiristanlığ

04.09.2023 539
.

Polisin himayəsi altında Qurani-Kərim YANDIRILDI

İsveçin Malmö şəhərində müsəlmanların cəmləşdiyi bölgədə polisin himayəsi altında İraq əsilli Salvan Momika növbəti dəfə Quranı-Kərimə hücum edib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Quranın yandırmağın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb. Hadisə yerinə geniş polis mühafizəsi il

04.09.2023 510
.

"Ermənistanın genişmiqyaslı hücumu gözlənilən deyil, bunu etməyə gücü yoxdur" Ekspert AÇIQLADI

Artıq bir neçə gündür ki, Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Son zamanlar Ermənistan tərəfinin təxribatlarının sayının artmasının səbəbi nədir?. Mövzu ilə bağlı hərbi ekspert Tərlan Eyvazov -a açıqlama verib. Ekspert bu gərginliyin səbəbləri barədə danışıb:

04.09.2023 1077
.

Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI

Sunisa adlı Tailand sakini dəhşətli yuxu sayəsində ərinin xəyanətindən xəbər tutub. xarici KİV-ə istinadən xəbər verir ki, qadın yuxudan bir neçə gün sonra işə gedəndə qəflətən yadına kabus düşüb və çox narahat olmağa başlayıb. Gün ərzində əri ilə bir neçə dəfə əlaqə saxlaya bilməyən qadın həmkarı il

26.06.2023 1255
.

"Min bir gecə" baleti Moskvada - Fotolar

Rusiyanın paytaxtı Moskva şəhərindəki "Bolşoy teatr"ın səhnəsində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub. Axşam.az-ın "Report"a istinadən məlumatına görə, Mariinski Teatrının Primorski səhnəsinin balet truppasının bədi

28.09.2023 466
.

Qalmaqallı obraz yenidən "Kızılcık şerbeti"ndə - Foto

"Kızılcık şerbeti" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində "İbrahim" obrazını canlandlran aktyor Ceren Karakoç ikinci mövsümdə yenidən layihədə rol alacaq. Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır. On

01.09.2023 1651