DƏHŞƏT! Ata və qızı qadını qaçırdıb bir həftə zorladılar

DƏHŞƏT! Ata və qızı qadını qaçırdıb bir həftə zorladılar

54 yaşlı ata və onun 22 yaşlı qızı qaçırdıqları qadının əl-qolunu bağlayaraq, bir həftə ərzində təcavüz ediblər. Qadın ABŞ-ın Kaliforniya ştatındakı səhrada tapılıb.

BiG.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fox News yazır.

Zərər çəkmiş şəxs "Edvard" Hərbi Hava Qüvvələri bazasının əməkdaşları tərəfindən tapılıb.

Cinayət oktyabrın sonunda törədilib. Qadın Nevada ştatının Las-Veqas şəhərində zorla evindən çıxarılaraq qonşu ştata aparılıb. Cinayətkarlar burada bir həftə ərzində qurbanlarını təhqir və zorakılığa məruz qoyduqdan sonra səhralığa atıblar.

Təcavüzkarlar artıq saxlanılıb. Qeyd olunur ki, onlar qaçırdıqları qadını öncədən tanıyiblar.
Cinayətkarlar təcavüz, soyğunçuluq, adam oğurluğu, adam öldürməyə cəhd və bir neçə bankomatın qarət edilməsində ittiham olunurlar. Onları ciddi həbs cəzası gözləyir.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1293 Tarix: 12.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər