Nəsimi rayonunda boru partladı - KÜÇƏNİ SU BASDI

Nəsimi rayonunda boru partladı - KÜÇƏNİ SU BASDI

Ötən gecə Bakıda su borusunun partlaması nəticəsində qəza baş verib.

BiG.AZ-ın Trend-ə istinadla məlumatına görə, hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyid-Zahid küçələrinin kəsişməsində qeydə alınıb. Borunun partlaması nəticəsində yolu su basıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, qəzaya səbəb boruda yaranan nasazlıq olub:

"Gecə adıçəkilən küçələrin 7-9 ünvanlarında 100 diametrlik boru partlayıb və nəticədə küçəyə qısa müddətdə su axıntısı baş verib. Hadisə yerinə cəlb olunan "Azərsu"nun əməkdaşları problemi aradan qaldırıb. Ərazidə olan evlərin heç birinə suyun verilişində problem yaranmayıb".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 389 Tarix: 12.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
MIXMEMMEDIK
MIXMEMMEDIK 12.11.2019
USAQLIQ BORUSU)))


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər