Pivə ilə gedər...

Pivə ilə gedər...Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliklərdə aksiz dərəcələrinin artırılması ilə bağlı təkliflərin yer alması biznes dairələri arasında heç də birmənalı qarşılanmayıb. Qeyd edək ki, layihəyə əsasən, gələn il Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içki və tütün məhsullarına vergi dərəcələrinin artırılması planlaşdırılır.

Məlumdur ki, vergi dərəcələrinin optimallaşdırılması müvafiq dövlət qurumları tərəfindən daim diqqətdə saxlanılır və zərurət yarandığı hallarda bu məsələyə yenidən baxılması ilə bağlı təkliflər hazırlanır. Təəssüf ki, vergi dərəcələrinin dəyişdirilməsi ilə bağlı səsləndirilən təkliflər bəzi hallarda əsassız şərhlərlə müşayiət edilir. Xüsusilə son günlərdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında aksiz dərəcələrinin dəyişdirilməsi spirtli içki istehsalçıları arasında müxtəlif fikirlər formalaşdırıb.

"Carlsberg Azerbaijan" şirkətinin baş direktoru Vyaçeslav Maltsev mətbuata müsahibəsində aksiz vergilərinin artırılması üzrə təkliflərin şirkətin fəaliyyətinə mənfi təsir edəcəyini bildirib və dünya ölkələrinin təcrübəsi ilə fikrini əsaslandırmağa çalışaraq, bir sıra arqumentlər irəli sürüb.

Elə isə, gəlin, biz də dünya təcrübəsinə nəzər salaq...

Hər şeydən əvvəl, diqqətə çatdıraq ki, MDB ölkələri arasında yerli spirtli içki istehsalçıları üçün ən aşağı aksiz dərəcələri Azərbaycanda tətbiq olunur.

Pivə və içməli spirt üzrə bir sıra ölkələrdə yerli istehsal üzrə aksiz vergisinin dərəcələri

Pivə ilə gedər...Pivə ilə gedər...Cədvəldən də göründüyü kimi, ölkəmizdə pivəyə tətbiq olunan aksiz dərəcəsi istehsalda 1 litr üçün 20 qəpikdir (0,12 dollar) və onun 50 qəpiyə (0,29 dollar) qaldırılması təklif edilir. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qəbul olunduğu halda belə, Azərbaycanda aksiz dərəcəsi yuxarıda adları sadalanan ölkələrlə müqayisədə xeyli aşağı olacaq.

"Carlsberg Azerbaijan" şirkəti respublikamızda ən böyük pivə istehsalçısı kimi, bazarda əsaslı paya malikdir. Ölkə iqtisadiyyatına son illər ərzində 50 milyon manatdan çox investisiya qoyduğunu bildirən, ölkədə ən populyar pivə brendinin istehsalçısı olduğunu bəyan edən şirkət üçün hər 330 ml olan pivə şüşəsinə görə 16,5 qəpik əlavə vəsait ödəmək, təbii ki, maliyyə itkisi sayılmamalıdır.

Xatırladaq ki, hazırda Azərbaycanda pivə idxalçıları üçün aksiz dərəcəsi 1,7 manat təşkil edir və bu, istehsala tətbiq edilən aksiz dərəcəsindən çoxdur. Ona görə də hesab edirik ki, aksiz dərəcələrinin dəyişdirilməsinin yerli istehsala mənfi təsiri və yerli bazarda satışın azalacağı ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

Daxili bazarda olan rəqəmlərə nəzər salsaq, görərik ki, 2018-ci ildə Azərbaycanda pivə satışı 559,98 hektolitr təşkil edib, 2017-ci ildə isə bu rəqəm 485,77 hektolitr olub. 2015-ci ildə ölkədə 505.51,388 hektolitr pivə satılsa da, 2016-cı ilə bu göstərici 388,46 hektolitrə düşüb. Göründüyü kimi, Azərbaycanda pivə satışı aksiz dərəcəsinin dəyişməsi ilə deyil, istehlakçıların məhsula olan tələbatına, demoqrafik vəziyyətə, tariflərə və digər amillərə bağlıdır.

Kim daha çox spirtli içki qəbul edir?!

Bəzi pivə istehsalçıları aksiz dərəcələrinin dəyişdirilməsinin alkoqolizmə yol açacağı qənaətindədirlər. Onların fikrincə, az spirtli içkilərin əlçatanlığının azalması istehlakçıların daha tünd içkilərdən istifadə etməsinə yol açacaq.

Bəri başdan qeyd edək ki, Azərbaycan spirtli içkilərin yüksək səviyyədə qəbul olunduğu ölkələr sırasında deyil və burada içkilərin, xüsusilə pivənin qəbulu, əsasən, mövsümi xarakter daşıyır.

Bu səbəbdən, respublikamızda istehlakçıların tünd içkilərə aludəçiliyi və ya alkoqolizm kimi sosial problemlərin başvermə ehtimalı sıfıra yaxındır.

Ümumdünya Səhiyyə Təşkilatının "Global status report on alcohol and health 2018" adlı hesabatında qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda əhalinin 15 yaşdan yuxarı təbəqəsi arasında içilən spirtli içki ortalama 3,7 litr təşkil edir. Bununla yanaşı, il ərzində kişilər 4,6 litr, qadınlar isə 1,6 litr içki qəbul edirlər.

Təşkilatın hesabatında postsovet ölkələrində qəbul edilən spirtli içkilərin göstəriciləri belədir: Gürcüstan vətəndaşları il ərzində ortalama 27,9 litr (kişilər 36,1, qadınlar 12,7 litr) təmiz spirt qəbul edirlər; Qırğızıstanda 24 litr (kişilər 29,9, qadınlar 10,9); Moldovada 22,8 litr (müvafiq olaraq, 31,7 və 11,1); Ermənistanda 21,3 litr (27,4 kişilər, 9,7 qadınlar); Rusiyada 20,1 litr (30,5 kişilər, 10,5 qadınlar); Qazaxıstanda 19,2 litr (25 kişilər, 8,9 qadınlar); Litvada 18,9 litr (27,9 kişilər, 9,7 qadınlar); Türkmənistanda 17,8 litr (22,4 kişilər, 8 qadınlar); Latviyada 17,2 litr (25,1 kişilər, 8,6 qadınlar); Estoniyada 15,9 litr (22,9 kişilər, 7,9 qadınlar); Tacikistanda 15,8 litr (müvafiq olaraq, 19,3 və 7,1); Belarusda 15,2 litr (22,8 və 7,9); Ukraynada 13,8 litr (20,5 və 7,1); Özbəkistanda 12,8 litr (15,8 və 5,7).

Belə olan halda, əlavə şərhə ehtiyac varmı?

Əsası olmayan arqumentlər vəziyyətdən çıxış yolu deyil

Bəzi hallarda sahibkarlar vergi dərəcələrinin artırılmasının "kölgə iqtisadiyyatı"na yol açması barədə iddia irəli sürürlər. Kökündən yanlış olan bu fikri ortaya atanlar bilməlidirlər ki, vergi dərəcələrinin aşağı salınması iqtisadiyyatın kölgədən çıxmasının həlli yolu deyil. "Kölgə iqtisadiyyatı"nın miqyasının azalmasına uçot sisteminin dürüstləşdirilməsi, vergilərin vaxtında ödənilməsi, bizneslə bağlı prosedurların şəffaf şəkildə həyata keçirilməsi kimi amillər təsir edir. "Kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasında istehsalçılar da fəal olmalı və bunu dövlət qurumlarından tələb etməlidirlər. Bu, sahibkarların özləri üçün də maraqlıdır: "kölgə iqtisadiyyatı"nın miqyasının azalması şirkətlər arasında ədalətli rəqabət mühitinin formalaşmasına rəvac verir.

Aksiz vergilərinin artırılması nəyə xidmət edir?!

Spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsinin insan sağlamlığına təsiri sosial baxımdan əsaslandırılmasa da, icbari tibbi sığortanın tətbiqi baxımından vacib amildir. Belə ki, "Tibbi sığorta haqqında" Qanunun "İcbari tibbi sığorta üzrə sığorta haqları" adlı maddəsində göstərilir ki, icbari tibbi sığortanın maliyyə mənbələrindən biri aksizlərdən daxil olan vergilərdir.

Deməli, aksiz dərəcələrinin dəyişdirilməsi sosial maraqlara xidmət edir. Bu sahədən əldə olunan vəsait vətəndaşların sağlamlığına, onların keyfiyyətli tibbi xidmətlə təmin edilməsinə və həmin xidmətlərin əhalinin bütün təbəqələri üçün əlçatanlığına yönəldiləcək.

Qeyd edək ki, bu tendensiya dünya təcrübəsində də geniş tətbiq olunur: bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlamlıq üçün zərərli sayılan məhsullara tətbiq edilən vergilər üzrə daxil olan vəsait, əsasən, əhalinin sağlamlığının təmin olunması ilə bağlı səhiyyə proqramlarına yönəldilir. Aksiz vergilərindən gələn gəlirlərin piylənmə, şəkər və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə yönəldilməsi təcrübəsi Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində mövcuddur.

Qanunu pozanlara qarşı ciddi mübarizə aparılır

Azərbaycanda spirtli içkilərə aksiz dərəcələrinin artırılmasının "qara bazar"ın formalaşmasına yol açacağını düşünənlər üçün bildirək ki, ölkədə biznesin şəffaflaşdırılması istiqamətində kompleks alətlərdən istifadə olunur: vergi orqanları tərəfindən aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını təşkil edənlərə qarşı ciddi nəzarət tədbirləri həyata keçirilir.

Təkcə 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27,9 min şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib. Sözügedən fəaliyyətlərlə qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərlə bağlı 30-dan çox cinayət işi qaldırılıb.

Göstərilən halların qarşısının alınması üçün alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində Vergilər Nazirliyi tərəfindən aksiz-nəzarət postlarının qurulması araq istehsalı və satışı üzrə hesabat məlumatlarının üç dəfə artmasına səbəb olub, nəticə etibarilə bu sahədən dövlət büdcəsinə daxilolmalar nəzərəçarpacaq dərəcədə yüksəlib.

Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında alkoqollu və enerji içkilərinin aksiz vergisinə cəlb olunmuş istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə, 14,8 faiz, aksiz məbləği 2,1 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 50,2 faiz artıb. 2017-ci illə müqayisədə, 2018-ci ildə aksizli məhsulların istehsalı və idxalı üzrə büdcəyə ödənişlər 49,1 faiz artıb. 2019-cu ilin doqquz ayı ərzində isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,9 faizədək yüksəlib.

Xəbərdarlıqlara baxmayaraq, fəaliyyətini qanun çərçivəsində qurmayan sahibkarlara qarşı Vergilər Nazirliyi tərəfindən ciddi tədbirlər görülür. Həmin tədbirlər sırasında, maliyyə sanksiyaları ilə yanaşı, bəzi hallarda təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması və hətta həbs edilməsi faktları da qeydə alınıb.

Bir müddət əvvəl saxta aksiz markalı məhsulların vergi orqanları tərəfindən aşkarlandığı obyektin sahibi Davud Ağayev barədə həbs-qətimkan tədbirinin seçilməsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində "Beluqa Tahir" ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstəyə qarşı cinayət işinin açılması vergi və hüquq-mühafizə orqanlarının bu sahədə nəzarəti gücləndirdiyinin bariz nümunəsidir.

Aksizli məhsullar bazarı mürəkkəb struktura malik olduğu üçün bu sahədə "ağarma"nı qısa müddətdə təmin etmək heç də asan məsələ deyil. Lakin vergi və hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri qətiyyətli fəaliyyət yaxın gələcəkdə bu sahədə ciddi nailiyyətlərin əldə olunacağına əminlik yaradır.

Uğura aparan yol

Yenidən qayıdaq spirtli içki istehsalına... Spirtli içki istehsalı üçün kifayət qədər potensiala malik olan Azərbaycanda iqtisadi mühitin investorlar üçün sərfəli olması bu sahəyə marağın artmasına səbəb olub. Respublikamızın əlverişli coğrafi şəraitdə yerləşməsi də bunu deməyə əsas verir. Hələ qədim zamanlardan Azərbaycanda pivə və şərab istehsalı geniş vüsət alıb.

Bütün bunlar yerli investorlar tərəfindən yeni zavodların inşa olunmasına və spirtli içki bazarının genişlənməsinə şərait yaradıb.

İnvestorlar arasında bu sahədə vəziyyəti düzgün qiymətləndirən və fərqli düşünən sahibkarlar da var. "Carçıoğlu Group" MMC-nin direktoru Elçin Carçıyev spirtli içki bazarının mövcud vəziyyəti barədə şərh verərkən bu yaxınlarda Qusar rayonunda açılışı olmuş "Rus Azeri Spirts" zavodu barədə danışıb. Bildirib ki, zavodda Ukrayna, Rusiya, Belarus və Avropanın bir neçə dövlətinin istehsal etdiyi araq markalarının Azərbaycanda lisenziyalı istehsalına başlanılıb.

Zavodun fəaliyyəti nəticəsində xarici araq məhsulları daxili bazarda 40 faizədək ucuzlaşacaq.

Əsas məqsədin ölkənin qeyri-neft sektorunun inkişafına xidmət etmək olduğunu vurğulayan sahibkarın sözlərinə görə, artıq tikintisinə başlanılan yeni pivə zavodu spirtli içki sahəsində dünya markalarının (Heineken, Efes) Azərbaycanda ilk olaraq lisenziyalı istehsalını və ixracını planlaşdırır. Zavodun fəaliyyəti nəticəsində 200 nəfərin istehsal prosesinə, 200 nəfərin isə satış və logistika işlərinin həlli üçün cəlb edilməsi nəzərdə tutulub. İstehsal gücü 25 milyon litr planlaşdırılan zavodun respublikaya 8,5 milyon avro həcmində investisiya gətirəcəyi bildirilir.

Əsas hədəf xarici bazarlarda təmsil olunmaqdır ki, bu da ölkədə rəqabət mühitinin inkişafına yol açacaq. O da diqqətə çatdırılıb ki, istehsal zamanı, əsasən, yerli xammaldan istifadə olunacaq və lazım olan səməni arpası Azərbaycanda yetişdiriləcək. Bu isə, öz növbəsində, yerli məhsulların iqtisadi səmərəsinin artırılmasına, investisiyaların daxili bazara yönəldilməsinə və regionlarda yeni iş yerlərinin yaradılmasına yol açacaq. Zavodun 2020-ci ildən tam gücü ilə işə düşməsi planlaşdırılıb.

Göründüyü kimi, digər investorların yanaşması daha praqmatik xarakter daşıyır və bu sektorda fəaliyyətini dayandırmaq əvəzinə yeni zavodlar açmaq, istehsalı genişləndirmək və dünya bazarlarına çıxmağı hədəf seçənlər var. Bütün bunlar isə həm sahibkarın, həm dövlətin və bütövlükdə cəmiyyətin maraqlarına uyğundur. Yeni müəssisə əlavə iş yeri, gəlir mənbəyi və investisiya deməkdir.

Son olaraq vurğulamaq istərdik ki, biznes sahəsində şəxsi maraqların müdafiəsi, subyektiv yanaşma, sahibkarların mənafeyinin dövlətin və cəmiyyətin maraqlarından üstün tutulması heç də uğura aparan yol hesab edilə bilməz. Belə sahibkarlar "komfort zona"dan çıxmalı və dövlətin dəstəyinə adekvat addımlar atmalıdırlar. Çünki dövlət investoru daim dəstəkləyir və onun fəaliyyətinə təkan verir. Məhz bu iki tərəf arasında qarşılıqlı inam və etimad Azərbaycanda dövlət-sahibkar münasibətlərində yeni səhifənin başlanğıcı olacaq...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 379
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 661
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 99
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 716
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 272
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 224
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 160
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 674
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1459