Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir" - RƏY

Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir" - RƏYAzərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.

Bəs layihənin reallaşmasında Azərbaycanın rolu və onun ölkəmizə verəcəyi faydalar nədən ibarətdir?

"Finans.az" xəbər verir ki, məsələni şərh edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçinin fikrincə, Azərbaycan "Şimal-Cənub" layihəsinin reallaşdırılmasında mühüm rola malikdir:

"Bir məqamı qeyd etmək vacibdir ki, Azərbaycan Rusiya ilə İran arasında əlaqələndirici həlqə olub vacib tranzit rolu oynadığı üçün "Şimal-Cənub" layihəsinin reallaşdırılmasında mühüm rola malikdir. Ölkə hazırda iqtisadiyyatın diversifikasiyası çərçivəsində bütövlükdə nəqliyyat, ilk növbədə isə, tranzit marşrutlarının inkişafına əhəmiyyətli maliyyə vəsaitləri yönəldir. Bu isə, öz növbəsində, ölkənin mövcud tranzit imkanlarını realizə etməyə imkan verir".

"

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçin

"Biz artıq görürük ki, Azərbaycanın Xəzər bölgəsidə tədricən vacib nəqliyyat və logistika habına çevrilir".

"O, təkcə öz nəqliyyat infrastrukturunu inkişaf etdirmir, Azərbaycan həm də Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi meqa layihələrin inkişafına dəstək verir. Respublika bunu, sadəcə, öz ərazisinə düşən hissələrin aktiv tikintisi ilə deyil, digər ölkələrdə olan və onu əsas marşrutlar və nəqliyyat axınları ilə bağlayan infrastrukturun inkişafına maliyyə və mühəndis dəstəyi göstərməklə edir.

Layihənin Azərbaycan üçün siyasi dividentləri qonşularla əməkdaşlıq münasibətlərində əlavə gündəliyin mövcüdluğundan ibarətdir. İqtisadi baxımdan isə tranzit gücləri yeni iş yerləri və mənfəətin formalaşması üçün uzunmüddətli imkanların yaradılması deməkdir.

Biz artıq görürük ki, Azərbaycanın Xəzər bölgəsidə tədricən vacib nəqliyyat və logistika habına çevrilir. Belə ki, Çinin "Bir kəmər, bir yol" strategiyası çərçivəsində Orta Asiyada formalaşan layihələr bu və ya digər şəkildə Xəzər dəniz marşrutu ilə uzlaşaraq sonradan Azərbaycan ərazisində Bakı-Tbilisi-Qars infrastrukturuna bağlanır. Buna görə də bu gün üçün Azərbaycan Şərq-Qərb istiqaməti üzrə artıq bu sistemə inteqrasiya etməyə müvəffəq olub. Şimal-Cənub layihəsi üzrə işlər bitdikdə isə Azərbaycan artıq tam şəkildə nəqliyyat habı olacaq", - ekspert vurğulayıb.

Əsası 2000-ci ildə Rusiya, İran və Hindistan tərəfindən qoyulan "Şimal-Cənub" layihəsi daha sonra Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan qoşulub.

Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. "Azərbaycan Dəmir Yolları" QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə 15 milyon ton təşkil edəcək.

Mənbə: Report.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 538   Tarix: 11 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0