Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı

Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı

Rusiyanın Xarabrovsk bölgəsinin Trexqornoy küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Lexus" markalı avtomobil yol kənarında dayanmış "Nissan Atlas" markalı maşına çırpılıb.

Qəza nəticəsində "Nissan"da olan iki qadın xəsarət alıb. Onlar Azərbaycan vətəndaşlarıdır. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlardan birinə döş qəfəsinin sınığı, digərinə isə kəllə-beyin travması diaqnozu qoyulub.

Məlumatlara görə, qəzaya səbəb "Lexus"un sürücüsünün bir anlıq diqqətsizliyi olub. Hadisə zamanı günahkar sürücü də xəsarət alıb. Onun ayağı sınıb və xəstəxanaya çatdırılıb.

Araşdırmalar zamanı "Lexus"un sığortasının olmadığı da aydınlaşıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 386 Tarix: 11.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər