"Mənə görə, xoşbəxtlik bu qədər sadədir..."

"Mənə görə, xoşbəxtlik bu qədər sadədir..."Hande Erçel: "Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük arzularım vardı"

BiG.AZ kaspi.az-a istinadən yazını təqdim edir.

Son illər Türkiyədə çəkildiyi serialla məşhur olan, ulduzu parıldayan sənətçilər kifayət qədədir. Onlardan biri də Hande Erçeldir. Türkiyə kino sənayesinin yeni siması kimi təqdim olunan aktrisanı daha çox "Güneşin kızları", "Aşk laftan anlamaz", "Siyah inci", "Halka" seriallarından daha yaxşı tanıyırıq. İndi isə Türkiyədə, eləcə də Azərbaycanda da kifayət qədər tanınan aktrisa gündəm yaratmağa iddialı olan "Əzizə" serialına çəkilir. Serialda baş qəhrəmanı - Əzizəni canlandıran aktrisa türk mətbuatına müsahibə verib. "Elele" jurnalına danışan H.Erçel, ən böyük arzusunu - aktrisa olmaq istəyini reallaşdırdıqdan sonra qarşısına, sadəcə, səviyyəli və keyfiyyətli layihələrdə yer almağı hədəf qoyduğunu bildirib.

- Hande xanım, hansı istəklə aktyor olmaq qərarına gəldiniz? Verdiyiniz bu qərardan nə qədər razısınız?

- Səhnədə olmaq arzum hər zaman vardı. Özümü tanıyandan hər işdə öndə olmağı sevmişəm. Uşaqlığım bu xüsusiyyətimlə şəkillənib. Aktyor olmaqdan başqa ayrı bir sənət tapmadım, çünki elə uşaqlıq istəyim məhz incəsənət sahəsi idi. Ən yaxşı bacardığım iş isə aktrisalıqdır. Təhsil alacağım məktəbi belə, özüm seçdim. Çünki orada sənət dərsləri daha çox keçirilirdi. Daha sonra aktrisa olmaq qərarına gəldim.

- Tanınmağın astanasında olduğunuz və aktrisalığa başladığınız o dönəmləri necə xatırlayırsınız? Hansı hissləri keçirirdiniz?

- Açığı, adımın, soyadımın tanınmasından başqa, özümlə bağlı böyük hədəflərim vardı. İnsanların ilham qaynağı olmaq istəyirdim. Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük arzularım vardı. "Əlindəki ilə kifayətlən" söylənilən qadınlara "daha artığını bacara bilərsiniz" demək istəyirəm. Sənətimin gətirdiyi şanı-şöhrəti əvvəllər necə dəyərləndirəcəyimi bilmirdim. Qarşıma məqsəd qoymalıydım və nəhayət bu məqsədin nə olduğunu qərarlaşdırdım. O qərarla addımladım və indi öz məqsədimdən zövq alıram. Bir müddət sonra necə göründüyümü deyil, nələr etdiyimi, hansı böyük layihələrdə yer aldığımı, var olduğum gücün fərqinə vardım. İnancımı və enerjimi bütünlüklə buna sərf etmişəm.

- Gələcəkdə necə xatırlanmaq və tamaşaçının yaddaşında necə qalmaq istəyirsiniz?

- Geriyə dönüb baxanda mənimlə birlikdə addımlayan insanları yanımda görmək istəyirəm. Fərqli insanları birldəşdirən, fərqli düşünən insanları bir araya toplamaq niyyətindəyəm. Bu gün necə ayaq üstəyəmsə, zamanı gələndə də bütün çətinlikləri gülərək qarşılamaq arzusundayam.

- Aktrisalığın sizə qazandırdığı ən böyük özəllikləri nələrdir?

- İstəyirəm ki, edə biləcəyim hər şeyin ən yaxşısını edim. İçimdə nə qədər qadın xarakteri varsa, bir-bir onları oynamaq düşüncəsi məni çox həyəcanlandırır.

- Böyük bir kütlə tərəfindən sevilirsiniz. Bu, necə bir hissdir?

- Tamaşaçıların sevgisini hər zaman hiss etmişəm. Sanki bu sənətə gəldiyim ilk gündən onlar mənimlə birlikdə böyüyüb. Bir çoxu müxtəlif sənət sahibi olublar, iş həyatına başlayıblar, ancaq buna baxmayaraq, məni izləməkdən imtina etməyiblər. Hər addımımda yanımdadırlar. Onların nəzarətindən kənarda qalmaq istəmirəm. Əllərini üzərimdən heç çəkməsinlər, çünki mənə gözəl hisslər bəxş edirlər.

- Yeni serial "Əzizə" gələn həftə efirlərdə olacaq. Bu dəfə tamaşaçı hansı Hande ilə qarşılaşacaq?

- Son zamanlar rol aldığım seriallarda güclü və həyatında böyük dəyişiklik yaradan qadınları oynamışam. Onlardan biri də Əzizədir. Başına gələn bütün çətinliklərə müqavimət göstərən, özünü tanıyan bir xarakterdir. Təbii ki, çox güclü tərəfi də var.

- Ssenaridə sizi özünə cəlb edən hansı cəhətlər oldu?

- Ssenarinin ilk iki bölümünü nəfəs almadan oxudum. Açığı, ssenarini oxuyarkən "Görəsən indi nə olacaq?" duyğusu məni rahat buraxmırdı. Əzizənin başına gələn hekayə, mənə, "bu işdə mütləq mən olmalıyam" dedirtdi. Əzizənin hekayəsindəki maraq duyğusu məni çox həyəcənlandırır.

- Gözlərinizdəki işıltı, enerji və tamaşaçının diqqətini çəkən o məsum baxışlar ən çox nədən qaynaqlanır?

- İnsanlara öz enerjimi ötürürəm. Hər zaman, bircə dəfə gülümsəməyin hər şeyi dəyişdirə biləcəyinə inanmışam. Belə də olduğuna əminəm. Deyə bilmərəm ki, möhtəşəm uşaqlıq keçirmişəm, amma çox möhtəşəm valideynlərə sahib olmuşam. Heç bir pis niyyəti olmayan, pislikdən uzaq olan, danışıb gülməyi sevən insanların arasında böyümüşəm.

- Özünüzü beş kəlmə ilə necə tərif edərdiniz?

- Mənə görə, insan özü üçün nə qədər gözəl sözlər desə, azdır. Ancaq özümü bir neçə fikirlə təsvir etməliyəmsə, çox sakit, səbrliyəm. Müxtəlif duyğuların daşıyıcısıyam. Mənə görə, bu duyğular, sadəcə, zamana və məkana görə dəyişir.

- Həyatınızda sizə yön verən, fərqli olduğunuzu hiss etdirən biri varmı?

- Əlbəttə ki, həyatımda belə insanlar çox olub. Hər zaman özümdən böyüklərlə yaxşı yola gedirdim. Bu da uşaqlığımı üzərimdən daha tez atmağa nail olub. Özümdən böyüklərdən, dostluq etdiyim insanlardan bu gün də məsləhət alıram.

- Sağlam həyat tərzi keçirmək üçün xüsusi bir rejiminiz varmı?

- Uzun zamandır idman məşğul olmuram. Keçmişdə sistemli şəkildə idman edirdim və bu günə qədər də hələ itirdiyim kalorilərin təsiri keçməyib. Amma yenidən böyük bir layihəyə başladığım üçün artıq yenə o sistemdən istifadə etməliyəm. Bunun üçün idman ən gözəl vasitədir.

- Sizə görə, xoşbəxtlik nədir?

- Gözəl musiqi, gözəl yeməklər, sevdiyiniz bir neçə insan və xatirələr. Mənə görə, xoşbəxtlik bu qədər sadədir.

- Özünüzü nə zaman, hansı mövzuda daha uğurlu hesab edirsiniz?

- Uğur və uğursuzluq anlamı mənə görə insandan insana dəyişir. Özümü bütün gücümlə sərf etdiyim bir işin nəticəsi uğurludursa və orada mənim adım keçirsə, bu, mənim üçün bir uğurdur. Bir də, arzusunda olduğum, mənim üçün sadəcə bir xəyal olan istəyimin birinə nail ola bilmişəmsə, yəni bu gün aktrisa ola bilmişəmsə, bu, mənim üçün böyük uğurdur.

- Uşaqlığınızdan bəri saxladığınız və baxdıqca xatırladığınız bir oyuncaq varmı?

- Mənim uşaqlıq vərdişim əşya saxlamaqdır. "Bu əşyaların məndə böyük xatirələri var" deyə-deyə evimi depoya çevirmişdim. Ta ki, anamın bir gün əsəbiləşib üsyan etdiyi zamana qədər. Sizin sualınıza gəlincə isə mənim üçün hər əşyanın bir xatirəsi var. Ona görə, onlardan imtina edə bilmirəm.

- Gündəlik geyiminizdə dəbdən istifadə edirsinizmi?

- Mənim üçün dəb, özümü içərisində rahat hiss etdiyim geyimlərdir. Nə mövsümlük geyinən, nə də geridə qalan biriyəm. Mənə gözəl yaraşan hər cür geyim geyə bilirəm.

- İzlədiyiniz filmlər içərisində baş rol aktyorların hansının geyim tərzini daha çox bəyənirsiniz?

- Çox klassik olacaq bəlkə, "Mister və Missis Smit" filmində Ancelina Colinin hər geyiminə heyran qalıram.

- Təhsil aldığınız ənənəvi türk sənətlərindən ən çox sevdiyiniz hansıdır?

- Xalça və toxuma sənətini çox sevirəm. Bu, məni çox cəlb edir. Sanki bu sənət növlərinin hər biri fərqli dövrü, fərqli hekayələri özündə əks etdirir. İşin içinə girəndə səni o qədər sehrləyir ki, çıxa bilmirsən.

- Müəllimlər günündə dünyaya gəlibsiniz. Həyat hekayənizə baxanda isə görünür ki, həyat sizə bir müəllim olub. 26 illik həyatınıza baxanda ondan nə öyrənibsiniz?

- Açığı, mən heç bu yöndən düşünməmişdim. Hesab edirəm ki, hələ çox zamanım var. Bəlkə zaman məni nə vaxtsa öyrənən deyil, öyrədən edəcək. O da bu sənətin hansısa bir qolu olacaq.

- Həyat prinsipiniz nədir?

- Davam et, heç zaman fikrindən daşınma.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1542   Tarix: 10 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310