Film kimi: Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTOLAR

Film kimi: Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTOLARTürkiyənin istanbul şəhərində filmlərə mövzu ola biləcək hadisənin üstü açılıb.

Bir-birindən xəbərsiz yeddi qadınla evlənən kişi ilə bağlı həqiqətlər məhkəmədə üzə çıxıb.

41 yaşlı Ömər Sirdaş bir neçə il əvvəl 31 yaşlı Sevgi D. adlı qadınla evlənib. Dini nikahla ailə quran cütlüyün bir müddət sonra övladlaerı dünyaya gəlib. Kişinin evə az gəlməsi qadında şübhələr oyatsa da, o, bunu Ö.Sirdaşın heyvandarlıqla məşğul olması ilə əlaqələndirib.

Ömər Sirdaş bir müddət əvvəl fermada çətinliklərinin olduğunu, krediti olduğu üçün də bunları aradan qaldıra bilmədiyini deyib. O, arvadına qayınanasının adına kredit götürmək istədiyini bildirib. Sevgi D.-nin təkidindən sonra ana qızının xatirinə buna razı olub.

Krediti alandan sonra Ömər Sirdaş borcları bir neçə ay ödəməyib. Bunu görən qadın ona zəng edib. Ancaq telefonu 39 yaşlı Selin E. açıb. Qadın "Ərimi niyə axtarırsınız?" dedikdən sonra ana şoka düşüb. Qadın Ömər Sirdaşın onun qızı ilə evli olduğunu dilə gətirib.

Selin ərinə vəziyyəti danışıb, ancaq kişi etiraz edərək, bu zəngin səhv nömrədən gəldiyini, bir qarışıqlıq olduğunu bildirib. Ancaq qadın ona inanmayıb və həmin nömrəyə yenidən zəng edib. Qayınana ilə danışan qadın ərinin Sevgi ilə evli olduğunu, hətta bir oğullarının da doğulduğunu öyrənib.

Selin və Ömər yeddi il öncə evlənib və onların iki övladı var.

Ö.Sirdaş ona şər atıldığını, Sevgi D.-ni və ailəsini tanımadığını, sözügedən oğlan uşağının özündən olmadığını iddia edərək, DNT testi üçün məhkəməyə müraciət edib. Arvadını inandırmaq üçün məhkəməyə müraciət edən kişiyə isə pis xəbər gəlib. Çünki qərarda onun 99 faiz ehtimalla atası olduğu qərarı çıxıb.

Hər iki qadının yaşadığı şok bununla da bitməyib. Məlum olub ki, kişinin daha üç övladı var.

Bundan sonra aldadılan qadınlar digər uşaqların hansı qadınlardan olduğunu müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Məlum olub ki, kişinin İstanbulun müxtəlif səmtlərində daha beş evi və beş arvadı, müxtəlif arvadlardan isə üç övladı daha var. Yeddi qadının uzun müddət bir-birindən xəbəri olmayıb.

Ömər Sirdaşın arvadları isə evlənmə sırasına uyğun olaraq belədir: Dilşad Ö., Aliyə A., Satiyə Ö., Selin E., Sevgi D., Səbriyə G. və Mələk B. (oxu.az)

Film kimi: Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTOLARFilm kimi: Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2356   Tarix: 10 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495