Bakıda "ADAPTER" FIRILDAĞI: enerji cihazı alarkən bunlara DİQQƏT EDİN!

Bakıda "ADAPTER" FIRILDAĞI: enerji cihazı alarkən bunlara DİQQƏT EDİN!Müasir dövrümüzün kompüteri də, televizoru da smartfon telefonlardır desək, yanılmarıq. Artıq 10 ilə yaxındır Azərbaycanda əhalinin istifadə etdiyi smartfonlar bütün keyfiyyətləri özündə birləşdirib. Sensor telefonların satışında da digər elektronika əşyalarında olduğu kimi, "Samsung", "Apple", "LG" kimi məşhur markalar öz sözünü deyir. Bu telefonları alarkən insanların dəyər verdiyi önəmli nüanslardan biri də onun enerji saxlama qabiliyyətidir. İş adamları, telefondan daha çox istifadə edən və ondan iş məqsədilə yararlananları məhz bu amil daha çox maraqlandırır. Hər bir telefonun enerji gücü olan amperi var və marka da bu amperə əsasən, qutuya ona uyğun "adapter" əlavə edir. Ancaq qutuda olan "adapter" xarab olduqda orijinal enerji cihazı tapmaq əməlli başlı dərdə çevrilir.

BiG.AZ xəbər verir ki, mövzunu aydınlaşdırmaq üçün Lent.az-ın əməkdaşı şəhərdə yerləşən bir neçə telefon aksesuarları mağazasına baş çəkib. Getdiyimiz yerlərdə satıcılarla, mütəxəssislərlə söhbət edərək, "adapter"lərin saxta, keyfiyyətli olmaları, onların telefona təsirini araşdırdıq. Maraqlı olan həm mağazaların satışı, həm də alıcıların hansı mala üstünlük vermələri idi.

Getdiyimiz ilk mağazada satılan "adapter"lərin telefona uyğunluğunun əsas olduğu bildirildi. Mağazanın satıcısı deyir ki, sizə bir çox yerlərdə orijinal kimi təqdim edilsə də "adapter"lər və demək olar ki, digər bütün telefon aksesuarları Çin istehsalıdı. Həmsöhbətimiz keyfiyyətli, keyfiyyətsiz bütün aksesuarların bu ölkədən gəldiyini vurğuladı. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Bakıda böyük fırıldaq dönür:

- Alıcıların çox cibinə uyğun mal alır. Amma o bahalı malın da tam keyfiyyətli olmasına kimsə zəmanət verə bilməz. Ola bilsin ki, bir az ucuc maldan yaxşı işləsin. Lakin tam orijinal olduğunu deyə bilmərik. Siz, həm də keyfiyyətli "adapter"lər aldığını da xüsusilə qeyd etdi. Alıcılar çox vaxt buna əhəmiyyət vermir. Adam var ki, həftədə 3 dəfə gəlib "adapter" alır. Adam da var birdəfəlik alıb uzun müddət işlədir. Hər ikisinə tələbat var.

Satıcıdan qiymətləri də öyrəndik. Görək keyfiyyətli "adapter"lər keyfiyyətsizlərdən nə qədər fərqlənir. Mağaza əməkdaşı keyfiyyətli və bahalı olan "adapter"lərin 11 manatdan 20 manatadək olduğunu dedi. Müvafiq olaraq keyfiyyətsiz məhsulların qiyməti də 3 manatdan start götürərək, 9 manata qədər dəyişir. Hətta 1 manat 50 qəpiyə də "adapter" almaq olar. Satıcı bizə məlumatlar verərkən, USB kabelinin də təsiredici rola malik olduğunu və keyfiyyətsiz "adapter"lərin telefona ziyan vurduğunu qeyd etdi. Gördüyümüz müsbət tərəf isə alınan məhsullara 14 gün müddətində zəmanət verilməsi idi. Belə ki, müştəri 14 gün ərzində xarici təsirlər olmadan məhsulun işləmədiyini görsə onu qaytara bilər. Satıcının sözlərinə görə, ən çox tələb olunan məhsullar Samsung və Xiaomi telefonlarına məxsusdur.

Keyfiyyətsiz "adapter"lər də lazımlıdır. Ancaq nə vaxt?

Bu sual ətrafında üz tutduğumuz növbəti mağazada danışdıq. Sahə üzrə mütəxəssis 1 manat 50 qəpiyə olan "adapter"lərin də işə yaradığını dedi. Belə ki, onun sözlərinə görə, keyfiyyətsiz və ucuz "adapter"lər köhnə telefonlar üçün əhəmiyyətlidir. Ucuz "adapter"lərin amper gücü zəif olduğundan bu baxımdan özlərinə uyğun olan köhnə telefonları rahatlıqla enerji ilə təmin edə bilirlər. Yeri gəlmişkən, telefonların özünəməxsus amper gücləri "adapter" seçimində əsas təşkil edir. Mütəxəssis telefonların amper gücündən söz açarkən Samsungun təzə modellərinin 2 amper, "İphone"nin 1 amper, Xiaominin isə 2 amper gücündə olduğunu söylədi.

Həmsöhbətimiz suallarımızı cavablandırarkən keyfiyyətsiz "adapter"lərin telefona vurduğu və vura biləcəyi ziyanlardan da söz açdı:

- Əvvəla, onu deyək ki, telefon sxeminin düzgün yığılmaması "adapter"in onu zədələməsinə səbəb olur. Həmçinin telefonun həddindən artıq enerjiyə qoşulu qalması da telefonun sonunu yaxınlaşdıran amillərdəndir. Belə olduqda telefonun batereyası şişir və partlayır. Ucuzvari "adapter"lər də telefonun sxemini yandırır, hətta partladır.

Mövzu ilə bağlı apardığımız araşdırma zamanı öyrəndiyimiz məlumatlardan biri, satıcıların dediyi kimi keyfiyyətli, orijinal "adapter"lərin zavod istehsalından fərqlənmədiyi oldu. Bundan əlavə keyfiyyətli enerji yığımının təkcə "adapter" başlığından deyil, USB kabelindən də asılı olduğu öyrəndiyimiz məlumatlar sırasında idi. Belə ki, satıcıların sözlərinə görə, bahalı "adapter" başlığına zəif kabel, yaxud da əksinə bahalı kabelə zəif başlıq qoşanda enerji yığımı düzgün yerinə yetirilmir və bu da telefonun sxeminə ziyansız ötüşmür.

Onu da öyrəndik ki, aşağı keyfiyyətli adapterləri təzə model telefonlara qoşanda ekranın əsməsi və çox vaxt sönməsi baş verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2356   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659