Dosentin çantasından çıxan qadın əlləri DƏHŞƏTƏ GƏTİRDİ

Dosentin çantasından çıxan qadın əlləri DƏHŞƏTƏ GƏTİRDİ
Sankt-Peterburqun mərkəzindəki bir kişinin çantasından kəsilmiş qadın əlləri tapılıb.
İstintaq Komitəsinin Sankt-Peterburq şöbəsindən verilən məlumatına görə, hadisə Moika sahillərində baş verib. Xilasedicilər 60 yaşlı kişini son anda suda boğulmaqdan xilas ediblər. Onu müayinə etdikdən sonra kürəyindəki çantaya baxış keçirilib. Baxış zamanı kişinin çantasından kəsilmiş iki qadın əli və silah tapılıb.

Naməlum kişiyə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Bəzi mənbələrdən verilən məlumata görə, sudan çıxarılan kişi Sankt-Peterburq Dövlət Universitetinin dosenti, tarixçi Oleq Sokolov ola bilər. Bildirilir ki, bir müddət öncə axtarış zamanı dosentin Moika sahilindəki mənzilində qadın meyiti, kəsilmiş baş və qanlı mişar tapılıb.
Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Bir versiyada isə ölən qadının Sokolovun qohumu olması bildirilir.

Sankt-Peterburq Dövlət Universitetinin mətbuat xidməti isə qətldə şübhəli bilinən dosentin xəbərindən dəhşətə gəldiklərini açıqlayıblar.(ölkə)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 858 Tarix: 09.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 10.11.2019
dosent iş başında )
həyatdı da :)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər