Anar Ağakişiyevin növbəti möhtəşəm əl işi - VİDEO

Anar Ağakişiyevin növbəti möhtəşəm əl işi - VİDEO
Tanınmış stilistin budəfəki qəhrəmanı Sofa Həsənin 18 yaşı var və o, çox ağır bir xəstəlikdən əziyyət çəkir.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, stilist Anar Ağakişiyev növbəti əl işini nümayiş etdirib. O, Sofa adlı xanımla hazırladığı videoçarxı öz "Instagram" hesabında paylaşıb.

Stilist videoya bu sözləri əlavə edib: "Bu gün mənim qəhrəmanım Sofa Həsəndir. Onun 18 yaşı var və o, adını çəkmək istəmədiyim çox ağır bir xəstəlikdən əziyyət çəkir."

Qeyd edək ki, stilist Anar Ağakişiyev indiyə qədər Flora Kərimova, Gülyanaq Məmmədova, Nüşabə Ələsgərli, aktrisa Həmidə Ömərova, Nahidə Orucova və digər ünlü isimlərin makiyajını edib. Həmçinin o, Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olub.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2761 Tarix: 09.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər