Millət vəkilindən təsirli paylaşım - FOTOLAR

Millət vəkilindən təsirli paylaşım - FOTOLAR

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Facebook” səhifəsində təsirli paylaşım edib.

Millət vəkili paylaşımında qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibətilə verilişə dəvət edilib. Verilişə təsirli şəkil və mətn göndərilib.

Mətndə isə bu sözlər yazılıb:

“Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb”.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

R.Atakişiyev avqustun 21-1 II Fəxri xiyabanda torpağa tapşırılıb.
Millət vəkilindən təsirli paylaşım - FOTOLAR
Millət vəkilindən təsirli paylaşım - FOTOLAR


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1133 Tarix: 09.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər