Bu qadın 20 ildir boğazınadək suda oturur - FOTO

Bu qadın 20 ildir boğazınadək suda oturur - FOTO

Hindistanın ucqar kəndində yaşayan Pataruni Qoş 20 ildir gündüzlərini suda keçirir.

BiG.AZ-ın zen.yandex.ru-ya istinadən verdiyi xəbərə görə, qadının boğazadək suda oturmasına səbəb dərisinin günəş şüalarına qarşı həssaslığıdır.

Belə ki, dərisinə günəş şüaları dəydikdə bədənində qızartı və qaşınma olur, lakin suda olduqda, bu xoşagəlməz reaksiya baş vermir.

Bu qadın 20 ildir boğazınadək suda oturur - FOTO

Qadında qeyri-adi xəstəlik 1998-ci ildən var. Hazırda 66 yaşı olan Pataruninin ailəsinin müalicəyə imkanı olmadığı üçün xəstəliyin özü-özlüyündə yarandığı kimi keçəcəyinə ümid etməkdən başqa çarələri yoxdur.

Qadın yalnız gün batandan sonra sudan çıxaraq ev işlərilə məşğul olur. Onun belə həyat tərzi kəndə inanılmaz şayiələrə səbəb olsa da, illərdir heç nə dəyişmir.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1762 Tarix: 09.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər