Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb

Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb

Bakının Nərimanov rayonunda mübahisə zəminində döyülmə hadisəsi baş verib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Nərimanov parkında qeydə alınıb. 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə edərkən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər onlara söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 345 Tarix: 09.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər