Azərbaycanda DƏHŞƏT: Müəllim şagirdə elə söz dedi ki, qızın əsəbdən ağzı əyildi - VİDEO

Azərbaycanda DƏHŞƏT: Müəllim şagirdə elə söz dedi ki, qızın əsəbdən ağzı əyildi - VİDEOSosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada 7-ci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxdığı barədə məlumat yayılıb. Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

BiG.AZ APA TV-yə istinadən xəbər verir ki, 13 yaşlı Rəfiqə Nuriyeva hadisəni belə nəql edib:

"Birinci saat tarix dərsində baş verib. Sinif yoldaşım zarafatlaşdırmaq üçün hamıya vurub edəndə mənim də qolumdan vurmuşdu. Mən də əsəbiləşib gedib vurmaq istəyəndə müəlliməmiz də həmin an müəllimlər otağından çıxıb gəlirdi dərsinə. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Onda o, mənə "utanmırsan, bir oğlanın dalınca qaçırsan" deyəndə mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı".

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını deyib.

Rəfiqənin atası Elbrus Nuriyev isə APA TV-yə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:

"Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Mən də tez gəldim məktəbə. Uşağı götürdüm, istiqamət verdilər ki, filan yerə getmək lazımdır. Getdik poliklinikaya, ordan da bizi yönəltdilər xəstəxanaya. Xəstəxanada da uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya. Sonra uşaqdan soruşdum ki, nədən oldu. Dedi, məni uşaqlar əsəbiləşdirmişdi, belə bir şey hal oldu. Uşaqlar sonra dedi ki, səndə bu hallar var. Əsəbiləşməkdən bu əyrilik yarandı".

Sumqayıt Uşaq Xəstəxanasından isə APA TV-yə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb:

"5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da indiyə qədər bizdə müalicə alır. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji bütün müayinələr aparılır. Xəstənin vəziyyəti də stabildir. Hər hansı ağırlaşma da yoxdur".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2407   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190